Dünyanın ən ölümcül İNFEKSİYASI

  • 2018.09.20 13:16
  • 9784 Baxış
Dünyanın ən ölümcül  İNFEKSİYASI
Tuberkulyoz dünyanın ən ölümcül infeksion xəstəliyi hesab olunur.


Medicina.az-ın məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının hesabatında deyilir.


Qeyd olunur ki, 2017-ci ildə dünyada 10 milyon insan bu xəstəliyə yoluxub, 1,6 milyon nəfər xəstəlik nəticəsində həyatını itirib.


Tuberkulyozla mübarizə çərçivəsində 2000-ci ildən bu günə kimi 54 milyon ölümün qarşısını almaq mümkün olub.


ÜST hesabatda bildirib ki, 2018-ci ildə tuberkulyozla mübarizə proqramlarının icrası üçün 3,5 milyard dollar tələb olunacaq.