Dünyanın ən acı bibərini yarış üçün yedi - Ölümdən son anda xilas oldu

  • 2018.04.10 14:50
  • 19691 Baxış
Dünyanın ən acı bibərini yarış üçün yedi -  Ölümdən son anda xilas oldu
ABŞ-da "Acı bibər yemək” adlı yarış keçirilib.


Medicina.az xəbər verir ki, yarışda iştirak edən 34 yaşlı amerikalı dünyanın ən acı bibəri sayılan "Carolina Reaper”dən bir ədəd yeyib. Daha sonra isə boynunda və başında şiddətli ağrılar hiss edib. Şəxsi dərhal xəstəxanaya çatdırıblar.


Həkimlər, onun beyin damarlarında müvəqqəti daralma olduğunu və çoxsaylı nevroloji simptomların yarandığını bildiriblər.