BölmələrRU
Xidmətlər
 

Dünyanı yeni qorxulu narkotik maddə cənginə alıb - İstifadəçilər zombiləşir/ VİDEO

FLAKKA sindromu 

"Flakka” adlı sintetik narkotik maddənin yayılması ilə bağlı bir çox ölkələr həyəcan təbili çalır.

Medicina.az xəbər verir ki, dünyada sürətlə yayılan bu uyuşdurucu maddə Alpha-PDP kimyəvi birləşməlidir. İri duz kristalına bənzəyən Flakka Türkiyəyə də gəlib çatıb. Daha ucuz satılan və asan əldə olunan həblərlə bağlı Türkiyə mətbuatı narkotik istifadəçilərinə, klub sahiblərinə, valideynlərə xəbərdarlıq edib.
 
Bu maddəni qəbul edən insanın hərəkətləri zombini xatırladır, anlaqlı olmur və digərlərinə ziyan vurmağa meyilli olurlar. Sintetik uyuşdurucu insanda hallüsinasiyalar yaradır, başqalarına hücum və intihara meyil oyadır. Ürək, qan-damar və əzələ sistemi gərginləşir.