BölmələrRU
Xidmətlər
 

Dünyadakı milyardlıq balıq yağı bazarı: əslində faydasız imiş - Biznesmenlər qazanır, biz isə itiririk

Omega3 baxımından zəngin olan balığın həm ürəyə, həm də gözə xeyirli olduğu hamıya məlumdur. Lakin balıq yağının faydalı olub-olmaması mübahisəli məsələdir. Son zamanlar ən çox müzakirə olunan mövzulardan biri məhz Omega3 tərkibli qida əlavələrinin və dərmanlarının effektiv təsir göstərib-göstərməməsidir.

Medicina.az xəbər verir ki, bu istiqamətdə bir sıra araşdırmalar da aparılıb. Təcrübə zamanı ürək xəstələrinə əməliyyatdan öncə mütəmadi şəkildə Omega3 kapsulaları verilib. Araşdırmaçılar bu dərmanları qəbul edən xəstələrin əməliyyat əsnasında ürək döyünmə və ritmsiz qəlb atışının azalacağını düşünüblər. Amma 1516 xəstəyə tətbiq olunan  və əldə edilən nəticələr xəstələrin vəziyyətində hansısa dəyişikliiyin olmadığını sübut edib.

Mövzu ilə bağlı Medicina.az-a açıqlama verən pediatr Xəyalə Quliyeva balıq yağı kapsulalarının yalnız biznes xarakterli olduğunu bildirib:

"Bu istiqamətdə bir sıra araşdırmalar aparılıb. Mən faktlara istinadən də bunu təsdiqləyirəm. Ottavalı kardioloq Andreas Vielgoz balığın insan orqanizmi üçün faydalı olduğunu bildirib, ancaq dərmanlarla bağlı bunun tam əksini təsdiq edib. Bunun kimi bir çox faktları misal çəkə bilərik. Bu gün qida əlavəsinin sadəcə Amerikada 25 milyard dollarlıq bir bazarı mövcuddur. Bu həbləri necə qəbul etdiyiniz vacib olduğu kimi, hər üzərində balıq yağı yazan məhsula da güvənmək olmaz. 

Ən doğru seçim məhz balığın özünün yeyilməsidir”.

Qeyd edək ki, mütəxəssislər mövsümündə və yeni balığın yeyilməsinin həm uşaqlara, həm böyüklərə faydalı olduğunu deyirlər.
 
Şəhanə Quliyeva