BölmələrRU
Xidmətlər
 

Dünyada ilk - Qadına beyinə hiss siqnalı ötürən qol taxıldı

İtaliyanın paytaxtı Romada Almerina Mascerollo  adlı qadına dünyada ilk dəfə toxunma hissiyatını verən robot qol transplantasiya edilib. 

Medicina.az xəbər verir ki, həmin qolu mühəndis, nevroloq, robot mütəxəssislərinin iştirakı ilə italyan, isveçrəli və alman elm adamları ixtira edib. 25 il öncə qolunu itirən Mascarello yeni qoluna qovuşduqdan sonra bunun əla hiss olduğunu qeyd edib:
 
"Qolum sanki geri gəlmiş kimidir”. 

Qeyd edək ki, qolda sensorlar yerləşir. Bunun vasitəsilə beyinə siqnal gedir və qolda hissiyyat yaranır.