Dünya insulin çatışmazlığı ilə üz-üzə qalacaq - Dəhşətli proqnoz

  • 2018.11.30 23:12
  • 9439 Baxış
Dünya insulin çatışmazlığı ilə üz-üzə qalacaq -  Dəhşətli proqnoz
Qeyri-sağlam həyat tərzi və piylənmə səbəbindən bütün dünyada diabet xəstələrinin sayı get-gedə artır. Məlumdur ki, gündəlik olaraq diabet xəstələrinə insulin inyeksiyaları vurulur. Proqnozlara görə, yaxın 10 ildə dünya insulin çatışmazlığı ilə üz-üzə qala bilər. 


Medicina.az xəbər verir ki, hal-hazırda dünyada II tip şəkərli diabetdən əziyyət çəkən 20-79 yaş arası insanların sayı 400 milyona yaxındır. Bu rəqəm 2030-cu ilə qədər 500 milyona qədər artacaq. Beləliklə də insulinə olan tələbat 20% çoxalacaq. Amma bəzi Asiya və Afrika ölkələrində yaşayan və insulinə tələbatı olan bir çox insan onu əldə edə bilməyəcək.


Ekspertlər bunu insulin istehsalını dünyada olan 3 böyük şirkətin - Novo Nordisk, Eli Lilli və Sanofinin əlinə alması ilə əlaqələndirirlər. Bu şirkətlər bütün dünya üzrə insulin dövriyyəsinin 96%-ni öz əllərində cəmləşdirirlər. 

 

Arzu Medicina.az