BölmələrRU
Xidmətlər
 

Doğuşdan sonra qadından kəsilən orqanın insan həyatına İNANILMAZ TƏSİRİ

Qırışlara necə qalib gəlmək olar? Qədim dövrlərdən bəri insanlar bu suala cavaba tapmağa çalışıb.

Gənclik eliksirinin axtarışları bu günədək davam edir. Müasir dövrdə bir çox mütəxəssislər artıq bu suala cavab tapıb. Belə ki, gözəllik mütəxəssisləri ciftin (plasenta) tərkibində dəri üçün faydalı olan çoxlu sayda maddə aşkar edib. Yapon alimləri iddia edir ki, cift öz xüsusiyyətləri sayəsində dərini cavanlaşdırmağa qadirdir.

Medicina.az ciftin kosmetologiyada istifadəsi və faydalarını təqdim edir:

Cift nədir?

Cift dölün inkişaf dövründə ana və uşaq arasında maddələr mübadiləsini həyata keçirən, süngərəbənzər, yumuşaq, qan ilə dolu disk şəklində olan, uşaqlığın selikli qişasına bitişmiş xüsusi orqandır. Cift hüceyrələrin yenilənməsinə və toxumalarda mübadilə proseslərinə təsir edən müxtəlif qida və bioloji maddələrlə zəngindir. Təəccüblü deyil ki, tərkibi belə təbii qida və müalicəvi maddələrlə zəngin olan mənbə kosmetika şirkətlərinin marağını çəkib. Onların hazırda əsas məqsədi həqiqətən də müsbət effekt verən, eyni zamanda tamamilə təbii kosmetikanın yaradılmasıdır.
 
Bu xammaldan kosmetika istehsalında ilk dəfə keçən əsrin 30-cu illərindən etibarən kültəvi şəkildə istifadə edilməyə və möcüzəli vasitənin dəriyə təsiri öyrənilməyə başlanılıb. Lakin ciftin dəriyə effekti hələ qədim dövrlərdən məlum olub. Xüsusilə dəri maskalarına olan marağı ilə tanınan Kleopatranın ciftdən istifadə etdiyinə dair məlumatlar var. Orta əsrlərdə isə ondan varlı qadınlarda istifadə edərmiş. O dövrdə ciftə münasibət az qala mistik həddə çatmışdı. Belə ki, cadugərlər ciftdən əldə edilən vasitələri qadınlara həyat enerjisi verən dərman və eliksir kimi satırdırlar. Şübhəsiz ki, cift maskaları sonda həqiqətən də cavanlaşdırıcı effekt verirdi.

XX əsrdə aparılan tədqiqatlar göstərib ki, ciftin cavanlaşdırıcı və təmizləyici effekti onun tərkibinə daxil olan elementlərlə bağlıdır. Faktiki olaraq indi tərkibində cift ekstrakı yer alan kosmetika dərini intensiv qidalandırır və dərini təbii proseslərin fəaliyyəti üçün zəruri olan bioloji aktiv maddələrlə qidalandırır. Və burada heç bir magiya yoxdur. (Publika.az)