Doğuşa hazırlıq palatasını diskotekaya çevirən azərbaycanlı həkim DANIŞDI - VİDEO

  • 2017.10.30 11:13
  • 18718 Baxış
Doğuşa hazırlıq palatasını diskotekaya çevirən azərbaycanlı həkim  DANIŞDI - VİDEO
Doğuşa hazırlıq palatasını diskotekaya çevirdi və sanki klubdaymış kimi pasiyenti ilə rəqs etdi. Bu görüntülər sosial mediada izlənmə rekordu qırdı.


Medicina.az xəbər verir ki, Moskvada doğum evlərindən birində lentə alınan bu görüntünün həkim qəhrəmanı azərbaycanlı ginekoloq Ruslan Xanbutayevdir. 68 saylı doğum evində çalışan həkim Xəzər TV-yə bu hadisənin pərdəarxasını danışıb.


Əslində, Ruslan Xanbutayevin məqsədi belə bir video ilə sosial media istifadəçilərinin diqqətini çəkmək olmayıb. Hətta belə bir video-çəkilişlə bağlı fikir elə pasiyentin özündən gəlib. Doğuş sancısı çəkən Mariya Malışevaya öz ağrılarını azaltmaq üçün palatada belə bir diskoteka effekti oyatmaq istəyib.


Onlar videoçarxı öz daxili auditoriyaları üçün hazırlamağı planlaşdırıblar. Amma nəticə gözlədiklərindən fərqli olub.


Ruslan Xanbutayev belə halın ilk dəfə baş vermədiyini deyib. Onun sözlərinə görə, dünyada ilk dəfə doğuş ərəfəsində həkim və pasiyentin rəqs etməsi Fransada olub.