Dişləri ağardan pastalar zərərlidir – Ağız boşluğu selikli qişasını yandıra bilər

  • 2018.09.01 18:22
  • 9934 Baxış
Dişləri ağardan pastalar zərərlidir –  Ağız boşluğu selikli qişasını yandıra bilər
Moskva Səhiyyə Departamentinin baş həkimi Yuliya Çaturova dişağardıcı məcunların zərərli tərəflərini açıqlayıb. 


Medicina.az xəbər verir ki, Çaturova bu diş məcunlarında aktiv təsiredici maddənin oksid kremniy və hidrogen peroksid olduğunu bildirir. Bu pasta dişlərin emalının rəngini 1 ton açır, ləkələri və ərpi təmizləyir. Təmizləmənin hesabına dişlər ağarmış kimi görünür.


Ucuz, əlçatan, asan və mexaniki zədələmədən dişləri ağardan bu pastalar çox insanların istifadə etdiyi vasitədir. Amma həkim ağardıcı məcunların zərərsiz olmadığını açıqlayıb. Bu haqda isə istehsalçı heç bir xəbərdarlıq etmir. 


Məsələn, ağardıcı məcunlar emalı zədələyib, dişlərin dağılmasına səbəb ola bilir. Dişlər həddən artıq həssaslaşır, damaq və dil, damaq ətrafı iltihablaşır, hətta pastanın tərkibindəki maddə selikli qişanı yandıra bilər. Dişlərə qoyulmuş plombun keyfiyyəti və rəngini dəyişir. 


Bu pastaları almazdan öncə stomatoloq dişlərinizə rəy verməlidir. Dişləri həssas, diş minası nazik, zədəli olan, həssas dişləri, parodontoz və ya allergiyası olan insanlara bu məcunlar olmaz. Hamilə qadınlar və uşaqlara da qəti qadağandır.