Bəzən biz və ya ətrafımızdakı kimsə özündən asılı olmayaraq dişlərini qıcayır.
Medicina.az xəbər verir ki, dişləri bu formada bir-birinə sıxmaq bruksizm adlanır. Diş qıcama, yəni bruksizm anadangəlmə olmur. Sonradan hansısa travmadan yaranır.
Diş qıcamağın psixoloji səbəbləri də var. Bruksizmə ilkin səbəb kimi stress göstərilir. Stress artdıqca diş qıcamalar da çoxalır. Bruksizm həddindən artıq qayğı, xəyal qırıqlığı, əsəb, qorxu kimi hisslərindən sonra yaranır.
Lakin bunlar şəxsin xaraterinə görə də dəyişir. Əsəbi, aqressiv, tələsgən və həddən çox təmizkar insanlarda bu problem daha çox müşahidə olunur.
Davamlı diş qıcamaları dişlərə zərər vurur. Dişlərin bir-birinə bərk sıxılması onların uclarını aşınmaya məruz qoyur. Nəticədə də zaman keçdikcə, dilşərdə kiçilmə yaranır. Həmçinin soyuğa qarşı həssaslıq da meydana gəlir. Diş və çənə arasındakı bağlarda boşalma yaranır.
Daha ağır nəticə isə dişlərin qırılması və diş əti problemləri ilə olur. Dişlərin sıxılması üz əzələlərində gərginlik də yaradır. Bu zaman insanlar baş və çənə ağrılarına məruz qalır.
Ayna
Medicina.az