Diqqətli olun - Kətan toxumu çox yeyilərsə...

  • 2018.06.12 12:10
  • 73313 Baxış
Diqqətli olun -  Kətan toxumu çox yeyilərsə...
Kətan toxumunun insan sağlamlığı üçün faydalarından bir çox insan xəbərdardır.


Medicina.az xəbər verir ki, bu toxumun qəbulu immuniteti gücləndirir, maddələr mübadiləsini sürətləndirir.


Bəs bir çoxlarının  istifadə etdiyi kətan toxumunun zərərləri varmı?


Mütəxəssislər çox yeyildiyi zaman allergik reaksiyalara səbəb ola biləcəyini bildiriblər. Belə ki, çox istifadəsi zamanı dəridə qızarıqlıq, qaşıntı, tənəffüsdə çətinlik yarada bilər. Bu səbəbdən allergiyalı insanlar  kətan toxumundan istifadə edərkən diqqətli olmalıdırlar. Çünki allergiyadan əziyyət çəkən insanlarda hətta ağız və üz nahiyədə şişlik meydana gələ bilər.

 

Şəhanə Quliyeva