Yumşaq oyuncaqları yumaq olarmı? - Uşağınıza zərər verə bilərsiniz Diqqət!

  • 2018.12.01 13:25
  • 13105 Baxış
Yumşaq oyuncaqları yumaq olarmı? - Uşağınıza zərər verə bilərsiniz  Diqqət!
Uşaqlar yumşaq oyuncaqlarla oynamağı çox sevir, bütün günlərini onlarla keçirərək, hətta birlikdə yuxuya gedirlər. Yatdıqları zaman oyuncağın tükləri onların üzünə, ağzına, burnuna dəyir. Sintetik materialdan hazırlanmaqdan əlavə, bu oyuncaqlar toz yığır və tez-tez çirklənir. O zaman sual yaranır: yumşaq oyuncaqları necə və hansı vasitələrin köməyilə təmizləmək lazımdır? 


Medicina.az yumşaq oyuncaqların təmizlənmə qaydalarını təqdim edir:


Bütün yumşaq oyuncaqlar çox midarda toz yığır, buna görə də gənə, mikrob və bakteriyaların çoxalması üçün əlverişli şərait yaradır. 


Çoxlarınız elə düşünə bilər ki, yumşaq oyuncaqları təmizləməyin ən etibarlı yolu onları yumaqdır. Amma yanılırsınız. Çünki bəzi materiallar var ki, onlara su və yuyucu toz vurulmamalıdır. Yapışdırlmış detallar, içərisində musiqili mirosxemi və batareyaları olan təbii parçalardan tikilmiş, həmçinin də içində lələk, qarabaşaq qabığı, ağac yonqarı olan oyuncaqlar qətiyyən su ilə yuyulmamalıdır.  


Əgər bütün bu sadalananlar yoxdursa, o zaman oyuncağı ya əldə, ya da paltaryuyan maşında yuya bilərsiniz. Bu zaman bəzi məqamlara diqqət etmək lazımdır:


Ləyəni təxminən 30 dərəcə isti, oyuncağın tamamilə içərisində qalması şərtilə su ilə doldurun. 

Oyuncağı suda isladaraq sabunlayın. 20-30 dəqiqə saxlayın. 

Daha sonra fırça ilə sürtün. 

Yaxşı yaxalayaraq sıxın. 

Oyuncaqda olan yağlı ləkələri etil spirti ilə təmizləyin. 

Yuyucu toz kimi təbii uşaq vasitələrində istifadə edin. Unutmayın ki, bu sizin övladınızın sağlamlığı üçün vacibdir. 

 

Картинки по запросу washing toys


Oyuncağı paltaryuyan maşında yuyarkən xüsusi torbaya qoyun və incə materialları yumaq üçün rejimi seçin. Həmçinin əllə yumaq rejimini də seçmək olar. 

 

Suyun temperaturu 30 dərəcədən yuxarı olmamalıdır. Əks halda oyuncağın parçası  tiftiklənə bilər. 

Mütləq əlavə yaxalama rejimindən istifadə edin. Çünki yuyucu toz oyuncaqdan tamamilə təmizlənməyə bilər. 

Təmiz yuyulduqdan sonra yaxşı olar ki, oyuncaqları açıq havada və günəş şüaları altında qurudun. 


Bəs yuyulması qeyri-mümkün olan oyuncaqları necə təmizləməli? 


Oyuncağı böyük polietilen paketə yerləşdirin. 

Orta boy oyuncağı təmizləmək üçün paketə bir stəkan kartof nişastası tökün. 

Paketin ağzını yaxşıca bağlayın. Möhkəmcə silkələyin. 

Daha sonra oyuncağı paketdən çıxararaq nişastanın qalıqlarını fırça ilə təmizləyin.

Əgər oyuncağın tükləri çox uzundursa, o zaman onu tozsoranla təmizləyin.  


Amma yaxşı olar ki, bu cür oyuncaqları kimyəvi təmizləmə məntəqəsində təmizlədəsiniz. 


Arzu

Medicina.az

Yumşaq oyuncaqları yumaq olarmı? - Uşağınıza zərər verə bilərsiniz  Diqqət!