Soyuqdəymə dərmanlarının yarada biləcəyi QORXUNC FƏSADLARDiqqət!

  • 2017.12.15 12:13
  • 25984 Baxış
Soyuqdəymə dərmanlarının yarada biləcəyi QORXUNC FƏSADLAR Diqqət!
Qış aylarında soyuqdəymə, qrip kimi xəstəliklər səbəbindən dərmanlardan istifadə halları artıb. 

 

Medicina.az xəbər verir ki, türk mütəxəssisi Orhan Sezginin sözlərinə görə, əksəriyyətin istifadə etdiyi soyuqdəymə dərman preparatları səhhət üçün əslində, zərərlidir.


Ən çox istifadə edilən dərmanlardan biri məhz ağrıkəsicilərdir. Bu növ dərmanlar mədə-bağırsaq fəaliyyətinə mənfi təsir göstərir.

Mədə üçün təhlükəli hesab edilən dərmanlardan digəri də qızdırma salan preparatlardır. Hətta bu, mədənin deşilməyinə belə səbəb ola bilər.

 



Sezgin belə dərmanlardan uzunmüddətli istifadənin doğuracağı problemləri vurğulayıb:


"Yaz aylarında mədə, bağırsaq şikayətlərinin, həzm prosesinin və qarın ağrısının artdığını daha çox müşahidə edirik. Buna səbəb olan faktorlar dəqiq bilinməsə də, iqlim dəyişkənliyinin təsir göstərdiyi bildirilir. Havalar soyuduqdan sonra isə immun sistemi artıq zəifləyir, belə dərmanlardan istifadə isə vəziyyəti daha da acınacaqlı edir. Nəzarətsiz, özbaşına istifadə edilən soyuqdəymə dərmanları çox istifadə edildiyi zaman onikibarmaq bağırsağın qanaxmasına və deşilməsinə səbəb ola bilər. Bu da öz növbəsində daha böyük problemlərə yol aça bilər”.

 


Soyuqdəymə dərmanlarının yarada biləcəyi QORXUNC FƏSADLAR Diqqət!
Soyuqdəymə dərmanlarının yarada biləcəyi QORXUNC FƏSADLAR Diqqət!
Soyuqdəymə dərmanlarının yarada biləcəyi QORXUNC FƏSADLAR Diqqət!