evinizdəki düşməni siz də tanıyın! – BEYNİMİZİ ÖLDÜRÜRDİQQƏT:

  • 2019.04.04 14:12
  • 19912 Baxış
evinizdəki düşməni siz də tanıyın! – BEYNİMİZİ ÖLDÜRÜR DİQQƏT:

Bir çox insan gecələr tam qaranlıq otaqda yox, zəif işıqlandırılan otaqda yatmağa üstünlük verir. Lakin bunun sağlamlıq üçün zərərli olduğu heç də hamıya məlum deyil.  


Medicina.az xəbər verir ki, bunu amerikalı neyrobioloqlar araşdırıb ortaya çıxarıb. Gecələr işıqlı otaqda yatmaq sağlamlıq üçün çox zərərlidir. Qərbi Vircinya Universitetinin neyrobioloqları daha çox xəstəxanalar üçün xarakterik olan ağ işıqların iltihab, beyin hüceyrələrinin məhvi və ürək problemlərinə səbəb olduğunu açıqlayıb. 


Alimlər bu faktı araşdırmaq üçün heyvanların süni olaraq ürəyini dayandıraraq, daha sonra onlarda baş verək ürək problemlərini izləyib. Modellər 3 qrupa ayrılıb. Onlardan 1-ci qrup ağ işıqda, 2-ci qrup qırmızı işıqda, 3-cü qrup isə qaranlıq otaqda yatızdırılıblar. 


7 gecədən sonra mütəxəssislər heyvanların beyin hüceyrələrinin vəziyyətini araşdırıblar. 


Ağ işıqda yatan heyvanların beyinlərində yerləşən hipokampda hüceyrələrin məhv olmağa başladığı və bundan əlavə mikroqliyada iltihab müşahidə edilib. Bütün bu problemlər ağ işıqlı otaqda bir gün yatdıqdan sonra meydana gəlib. Onu da bildirək ki, qırmızı işıqlı və qaranlıq otaqda yatan heyvanlarda bu problemlər yaranmayıb. 


Araşdırmaçılar insanlarda eyni problemlərin yarandığını müəyyən etməyə çalışıblar. İnsanların hipokampında bir dəyişiklik olmasa da, beyin hüceyrələrində iltihab səviyyəsinin artdığı məlum olub. Ağ işıq insanın sirkad ritmlərini də pozur. 

Bu isə onlarda piylənmə, depressiya, maddələr mübadiləsinin pozulması ilə müşahidə olunur.