Bağırsaq qurdlarından qurtulmağın asan yolu - RESEPTLƏRDİQQƏT!

  • 2019.03.18 17:36
  • 12720 Baxış
 Bağırsaq qurdlarından qurtulmağın asan yolu - RESEPTLƏR DİQQƏT!

Parazitlər insan sağlamlığına ciddi təhlükə törədir.

 

Parazitlər beyin, qaraciyər, bağırsaq, öd kisəsi olmaqla, bir çox həyati əhəmiyyətli orqanlarda yaşayıb çoxalaraq, bir sıra xəstəliklərə səbəb olur. 

İnsan orqanizmində yaşayan bəzi parazit qurdlar, hətta 7-10 m ölçüyə çataraq insanın həyat fəaliyyətinə ciddi çətinlik yaradır. 

Medicina.az  sizi 1 həftə ərzində bağırsaq parazitlərindən xilas edəcək və ev şəraitində hazırlanan çay reseptlərini təqdim edir: 

İnsan özü bağırsaqlarında yaşayan parazitlərdən  xəbərdar ola bilər. Əlamətlər isə ürəkbulanma, oral qaşıntı, qarında sancı və s ola bilər. 

Təqdim etdiyimiz reseptləri səhər ac qarına tətbiq etmək lazımdır. Bu müddət ərzində qızardılmış qidalardan, süd və süd məhsullarından uzaq durmağınız məsləhətdir.

 

1-ci resept: 1 ədəd qreypfrut və  1 yemək qaşığı zeytun yağı


1 ədəd soyulmuş qreypfrutu çəyirdəkləri ilə birlikdə, zeytun yağı əlavə edərək blenderdən keçirin. Əldə olunan qarışımı səhər ac qarına qəbul edin. Bu qarışım yalnız bağırsaq qurdlarını təmizləmir, həm də qaraciyəri toksinlərdən azad edir. 

 

2-ci resept: bu resepti qreypfrutu içdikdən ən  1 saat sonra səhər yeməyi qismində qəbul edin. 

4 ədəd quru ənciri və 40 ədəd boranı tumunu 1 stəkan suda isladın. Bir az saxladıqdan sonra içindəkiləri yeyərək suyu için.  Reseptə daxil olan əncir qurusu bağırsaqları təmizləyir, boranı tumu isə qurdları məhv edir. 

Qarışımı yedikdən sonra nahar yeməyinə qədər heç bir şey yemək olmaz, sadəcə, su içə bilərsiniz. 1 həftə boyunca hər iki resepti tətbiq edərək,  bağırsaq qurdlarından birdəfəlik qurtulacaqsınız.