BölmələrRU
Xidmətlər
 

Diabetdən də qorxulu olan gizli şəkər sindromu – Simptomları, diaqnozu, müalicəsi

Çox zaman şəkər olmadığını düşünən insanların şəkərli diabetin gizli və çətin forması olan latent formadan xəbərləri yoxdur. "Gizli şəkər” adını almış bu forma uzun müddət səssiz olur, özünü göstərmir və sonra orqanizmə güclü zərbəsini vurur.

Medicina.az gizli şəkər risk qrupuna daxil olanları araşdırıb:

-Yaş həddi – daha çox 50 yaşından yuxarı insanlar bu xəstəliyə tutulur. Gizli şəkər onların görmə qabiliyyətinə ilk zərbəni vurur.
-İrsi, genetik – genotipində diabet olan insan 
-Ağır bədən çəkisi, köklük – bu insanda maddələr mübadiləsi pozulur, qlükoza tolerantlığı dəyişir və gizli diabet başlayır.

-Hamiləlik – hamilə qadının orqanizmində insulin sintezi dəyişir. Buna yol verməmək üçün hamilə qadın sağlam qidalanmalı, daim yoxlanmalı, endokrinoloq nəzarətindən olmalıdır.
-Mədəaltı vəz problemləri – orqanın funksiyası pozulduqda, lazımi qədər insulin ifraz olunmur.
Zamanla gizli şəkər qan damar sisteminə neqativ təsir edir, onlar dartılır, kirəclənir. Bu da qəfil insult və infarkta səbəb olur. 

Əlamətləri:

Uzun illər özünü göstərməsə də, bəzi simptomlardan bilmək olar

-Dərinin müəyyən zamanlarda möhkəm qaşınması, qabıqlanması – qanda yüksək şəkəri olan insanda mikroorqanizmlərin təsirindən dərinin müdafiə qabiliyyəti düşür.
-Ağızda quruluq, çat və daim susuzluq – yanında daim su gəzdirən insan gizli şəkəri mütləq yoxlatmalıdır. 
-Bədən kütləsində qəfil dəyişiklik – insan həm kökələ, həm də sürətlə arıqlaya bilər. Adamda vəhşi iştaha yaranır və şirniyyata meyilli olur.
-Yuxululuq, hər xırda bir səbəbə qıcıqlanma
-Görmənin zəifləməsi, bulanması
-Yaraların gec sağalması

-Əhval-ruhiyyənin pis olması, əsəbilik
-Aşağı ətrafların paresteziyası, uyuşması
-Beyində yorğunluq hissi
-Tez-tez infeksiyalara yoluxma
-Ürəkdə səbəbsiz ağrılar
-Başgicəllənmə
-Qadınlarda dırnaq və saçların zəifləməsi, tökülməsi, dərinin ləkələnməsi, qaşınma

Ən çətini diaqnozdur

Qəribəsi odur ki, qan və sidik analizi heç bir dəyişiklik göstərmir. 
Gizli şəkəri yeganə göstərən metod – qlükozatoleratlıq testidir.

Analiz zamanı insan 3 dəfə qan verir: biri səhər acqarına, ondan sonra 75 qram qlükoza içir, 1 saat sonra ikinci analiz, daha sonra 2 saat sonra yenidən üçüncü analiz götürülür. 

Bu analizlər insan qanına qlükoza daxil olduqdan sonra orqanizmin reaksiyasını öyrənir.
Əgər gizli şəkər aşkar olunsa, pasiyent daha geniş müayinələrə cəlb olunur və müvafiq müalicə təyin edilir.
Tibbdə gizli şəkər diabet xəstəliyinin önü olan mərhələ hesab olunur. BU formanın xroniki formaya keçməsinin qarşısını almaq sizin əlinizdədir.
Gözləməklə vaxt itirməyin.


Gizli şəkər olub-olmamağınızı Bioloji Təbabət klinikasının laboratoriyasında aşkarlaya və bioloji təbabət metodları ilə müalicəsini endokrinoloq nəzarətində edə bilərsiz.

Tel.: (+994 12) 430 89 89
Mob.: (+994 50) / (+994 55) / (+994 70) 430 89 89
Ünvan: 3 mkr., Pişəvəri 110 (Cavadxan küç 24), M. Əcəmi m.st. yaxınlığında