BölmələrRU
Xidmətlər
 

Diabet xəstəsi olan qadınların hamiləliyi və doğumu – Təhlükə varmı?

30 il əvvəl həkimlər şəkərli diabet xəstəsi olan qadınlara qətiyyən hamilə qalmağı, uşaq doğmağı məsləhət görmürdülər. Ona görə çox gənc qadınlar bu riskə getməyib, ana olmaqdan məhrum olurdular. Müasir tibb və endokrinologiya elə inkişaf edib ki, hormonal dəstəklə və mütəmadi izlənmə ilə diabetli xəstələr hamilə qalıb, sağlam uşaq dünyaya gətirirlər. 
Amma diabetli qadının hamiləliyi planlaşmadan başlamalı, doğuma isə əvvəldən xüsusi nəzarət altında hazırlanmalıdır.

Diabet ilk aylarda dölün formalaşması üçün çox təhlükəli məqamlar yarada bilir.
 


Maddələr mübadiləsinin pozulması bətndaxili patologiyaların yaranmasına səbəb olur. Bunlardan:

-Bətndaxili inkişafın zəifliyi – döl çox zəif inkiçşaf edir, əqli inkişafdan qala bilər, şikəstlik
-Anadangəlmə malforasiya – daxili orqanlarında, endokrin sistemində, ürək-damar, tənəffüs sistemində patologiyalar
-Makrosomiya – dölün hüceyrələrinin sayının həddən artıq çoxalması. Bu da dölün qanında qlükozanın çox olması ilə bağlıdır. Belə uşaqlar iri çəkilir olur: 4-5 kq. Bu da təbii doğuşu çətinləşdirir.
-Hipertrofik kardiomiopatiya – ürək mədəciklərinin anatomik yerləşməsi pozulur, bu da ürək çatışmazlığı ilə doğulmaya səbəb ola bilir. 
-Döldə mədəaltı vəzin patologiyası – müstəqil olaraq qanda şəkərin səviyyəsini normallaşdırmağa gücü çatmır

Şəkərli diabetli hamilələrdə hamiləliyin erkən mərhələsində açılış riski 15%-dir. 

Əgər hamiləlik qəfil, planlaşdırılmamış və həkim nəzarəti olmadan baş tutubsa, qadın insulin vurmağa davam edibsə, bətndaxili patologiyaların baş verməsi 65% artır. Sonrakı mərhələdə isə dölün bətndə tələf olmasına kimi gətirib çıxara bilər. 

Daha çox hamiləliyin 7-8-ci ayında körpənin ölümü baş verir və bu o qədər ani olur ki, heç bir xəbərdaredici ön vəziyyətlə büruzə vermir. 
Məhz bu kimi amillərə görə, diabetli hamilə qadın digər hamilə qadınlardan 10 dəfə çox müayinədə olmalı, 10 dəfə artıq diqqətli olmalıdır. 

3 tip şəkərli diabet var ki, hamiləlik üçün əlverişli deyil:

-İnsulindən asılı diabet – daim insilin vurulmasını tələb edir
-İnsulindən asılı olmayan diabet – piylənmə, artıq çəki ilə müşayiət olunur
-Hestasion diabet – orqanizmin hormonal dəyişimi fonunda maddələr mübadiləsinin pozulması. Doğumdan sonra hestoz özü itir və müalicə tələb etmir.
I tip diabetdə hamilə qadını bu simtptomlar narahat edə bilər:
-Daimi baş ağrıları
-Yuxusuzluq
-Iştahsızlıq və yaxud qəfil acıma
-Aşağı ətrafların şişkinliyi, keyləşmə
-Ayaqlarda damarların çıxması

İnsulindən asılı olmayan diabetlərdə isə qadın sürətlə çəki yığır, halbuki elə də çox yemir. Maddələr mübadiləsinin kəskin pozulması hamilənin ümumi halına mənfi təsir edir:

-Dəridə cırılmalar, quruma çox olur
-Artıq çəki tənəffüs, ürək-damar sisteminə təsir edir, oynaqlar ağrıyır
-Üz, qarın, bel, ayaqlar, əllər çox şişir
-Əhval-ruhiyyə çox zaman pis olur, hər xırda bir şeyə qıcıqlanır
-Üz və bədən dərisi civzə ilə örtülür
-Qaşınma çox olur

II tip diabetdə ciddi dieta və uyğun fiziki hərəkətlər təyin olunur. 

Ağır diabet xəstələri hamiləliyin ilk trimestri və son günlərində hospitəlizə olunub, xəstəxana rejimində qalsalar yaxşıdır.
Çünki döllənmə baş verdikdən sonra esktogen hormonu artır, bu zaman insulin sintezi də çoxalır. Ona görə insulinin dozasını minimuma endirmək lazımdır. 
13-cü həftədən sonra, uşağın mədəaltı vəzisi formalaşdığına görə, hamilənin qidalanmasını dəyişməyi, karbohidratları azaltmasl və daim qanda qkilemiyanı nəzarətdə saxlaması vacibdir. 
Qanda şəkərin çox olması uşağın mədəaltı vəzisinə ağırlıq verir. 

Sonuncu trimestrdə insulin hormonlarının sintezi azalır, bu da insulin dozasını artırmağa səbəb olur. Bu cür eniş-yüksəlişləri vaxtında tutmaq lazımdır. 
Bütün hamiləlik boyu insulin və dərman dozasını həkim endokrinoloq təyin edir.

Şəkərli diabetdə hansı hallarda hamiləlik və doğuma qadağa var:

-Ürəyin işemik xəstəliyi, ürək damar çatışmazlığı 
-Böyrəklərin patologiyası 
-Anada mənfi rezus faktor – vaxtından əvvəl doğuma səbəb ola bilər
- Həzm sisteminin ağır xroniki xəstəlikləri – hamiləlik zamanı qəbul olunacaq bəzi dərmanlar vəziyyəti kəskinləşdirə bilər
-Qalxanvari vəzinin patologiyası və autoimmun xəstəliklər


Diabetli hamilələr üçün hər həftəlik müayinələrdə plasentanı keçməyən hipoqlikemik dərmanlar təyin oluna bilər. Bunların köməyi ilə lipid mübadiləsi normada saxlaılıb, döldə patologiyaların qarşısı alına bilər.

Diabetli hamilənin xüsusi gündəlik bloknotu olmalıdır. O qanda şəkəri gündə 2-3 dəfə ölçüb qeydləri etməlidir. Həkim yanında 10 gündə 1 dəfə olub,  bu göstəriciləri göstərməlidir. 

Xüsusi pəhrizi, menyusu olmalıdır. Onu da dietoloq və endokrinoloq təyin etməlidir.
Hətta şikayətləri olmasa belə, həkim zəruri bilərsə, xəstəxana rejimində qalmalıdır
Xüsusən ilk trimestr və 35 –ci həftədən sonra xəstəxana rejimi mütləqdir.

Doğuş, yoxsa keysəriyyə?

Müasir protokollar mümkün risklərdən uzaq durmaq üçün diabetli qadınlara ümumi narkoz altında keysəriyyə ilə uşaq dünyaya gətirməyi məsləhət görür.
Çox vacibdir: körpəni doğulduqdan 3-4 saat sonra əmizdirmək. Bu, həzm sistemini stimulə edəcək, yenidoğulmuşda hipoinsulinemiyanın yaranmasının qarşısını alacaq.