BölmələrRU
Xidmətlər
 

Dərinizdə qızarıqlıq, soyulma varsa...Dəridə yaranan Ekzema xəstəliyi nədir?

Ekzema dəridə qaşınma, soyulma, qızarıqlıq, iltihablı yaralar olaraq xarakterizə edilən dəri xəstəliyidir. Saçda yaranan ekzema zamanı şiddətli qaşınmaların baş verməsi mümkündür.

Bir müddət sonra isə həmin nahiyələr soyulub kəpək kimi görünür. Bu isə saçların da tökülməsinə səbəb ola bilər. Bu əlamətləri müşahidə edirsinizsə ekzemadan şübhələnə bilərsiniz.

Medicina.az saçda yaranan ekzemanın səbəblərini təqdim edir:

Stress

Allergiyalar

Şampun, saç kremi kimi bəzi kimyəvi saç məhsulları

Quru saç dərisi

Kosmetik vasitələr

Genetik faktorlar