Deputat sadə xalq kimi qidalanmaya keçdi - 1 aya 7 kq arıqladı

  • 2018.11.23 16:24
  • 13278 Baxış
Deputat sadə xalq kimi qidalanmaya keçdi -  1 aya 7 kq arıqladı
Rusiyada maraqlı bir eksperiment baş tutub. Saratov Dumasının deputatı Nikolay Bandarenko ölkədə xalq üçün təyin olunmuş orta istehlak səbəti dəyərində qidalanmaya keçmək qərarına gəlib. Bu məbləğ aylıq 3500 rubl təyin olunub. 


Medicina.az xəbər verir ki, bu haqda Bondarenko özü məlumat verib. 


O, deputat seçildiyi region üzrə ərzaq səbəti həcmində aylıq ərzaq alıb. Bu addımı atmasına səbəb əmək və məşğulluq naziri Nataliya Sokolovanın çıxışı olub. Belə ki, nazir 3500 rublluq səbətin aylıq fizioloji tələbatları ödəməyə tamamilə kifayət etdiyini açıqlamışdı. 


Minimum qidalanmaya keçməzdən əvvəl deputatın çəkisi 94,5 kq olub. 


"Elə ilk günün sonunda mənim tərəzidə çəkim 87 kq 100 qramı göstərdi. Əvvəl özümü çox yaxşı hiss edirdim və çoxlu işlər planlayırdım. Bir ayın tamamında həkim müayinəsinə gedəcəyəm ki, sağlamlığımın hansı durumda olduğunu öyrənək”, - deyə deputat bildirib.


23 oktyabrda başlanılan pəhriz 23 noyabrda yekunlaşıb və bu ay ərzində deputat tərəvəz, toyuq əti, yarmalı məhsullarla qidalanıb. Bu müddətə o, 7 kq 500 qram çəki itirib.


Aygün

Medicina.az