Depressiyada olanlar qırmızı üzüm yesin

  • 2018.02.08 18:38
  • 21331 Baxış
Depressiyada olanlar qırmızı üzüm yesin
Üzümün tumu və qabığında olan kimyəvi birləşmələr stress və depressiyaya qarşı yaxşı təsir edib, təbii antidepressant rolunu oynaya bilər. 


ABŞ –da Tibbi institutun bir qrup alimi araşdırmaları ilə sübut edib ki, qırmızı üzümün tərkibində olan təbii kimyəvi birləşmələr polifenol qrupuna bənzərdir. Laboratoriyada siçanlar üzərindən aparılan təcrübədə onlardan bir neçəsinin suyuna polifenol kokteyli (üzüm şirəsi) qatıblar. Bundan əvvəl siçanlar xroniki stresə salınmışdılar. Nəticədə üzüm polifenolu qəbul edən siçanlar almayan siçanlarla müqayisədə stresə daha davamlı oldular, tez özlərinə gəldilər, aktivləşdilər. Digər hissə isə hələ də depressiv vəziyyətdə idi. 


Alimlər həmçinin üzüm polifenollarının təsir mexanizmini də araşdırıb. Aydın olub ki, 2 növ metabolit xroniki iltihabi prosesesləri dı azaldır, beynin sinaptik plastikliyini bərpa edir. 


Alimlər təklif edir ki, üzüm polifenollarından ibarət preparatlar hazırlanıb, antidepressantların təsir etmədiyi xəstələrə tətbiq olunsun.