Dəfnə yarpağı ilə müalicə - 1000 illik reseptlər

  • 2018.04.04 19:44
  • 46349 Baxış
Dəfnə yarpağı ilə müalicə -  1000 illik reseptlər
Dəfnə yarpaqları təkcə yemək bişirərkən ətirləndirici kimi istifadə olunan bitki deyil. Tərkibində olan çoxlu efir yağları, büzücü maddələr, orqanik turşular olması ondan xalq təbabətində istifadə etməyə vadar edir. Dəfnədə olan fintosidlər vərəm və immunitet üçün effektlidir. Dəfnə - təbii antibiotik və mübadilə proseslərinin katalizatorudur.


Dəfnədən hansı problemlərdə istifadə edə bilərsiz:


Düzgün dəmlənmiş dəfnəni müntəzəm içdikdə, immunitet bərpa olur.

Dəfnə yarpağı böyrəkdə daşları əridir

Sidik kisəsi iltihabını aradan qaldırır

Qaraciyər və dalaqda zəhərləri, toksinləri çıxarır

Bağırsaq xəstəlikləri və kolitdə faydalıdır


Oynaq, bel, çanaq, oturaq sinir ağrılarını aradan qaldırır

Oynaqları duzdan təmizləmək üçün 5 qram yarpaqları emallı qazanda 300 ml suda 5 dəqiqə qaynadırsız. Termosa töküb, 5 saat saxlanılır. Sonra süzülür və gün ərzində qurtum-qurtum içilir. 3-4 gün içilir. 


Şəkərli diabetdə - 10 yarpaq  yuyulur, termosda üzərinə 3 stəkan qaynar su alınır. 2-3 saat dəmlənir. Gündə 3 dəfə yeməkdən əvvəl yarım stəkan içilir. 2 həftədən sonra 3 həftə fasilə verilir. 

Dəfnə yarpağı yağı haymoritdə buruna damcılanır. 

Ağızdan öis qoxuda, diş əti iltihabında, stomatitdə dəfnə yarpağı çeynənilir. 


Başda seboreya, kəpəkdə dəfnə yarpağı dəmləməsi ilə saçlar yuyulur.