Daban tikanını müalicə edən QƏPİK-QURUŞLUQ, AMMA EFFEKTİV ÜSULLAR

  • 2018.11.01 15:29
  • 48239 Baxış
Daban tikanını müalicə edən  QƏPİK-QURUŞLUQ, AMMA EFFEKTİV ÜSULLAR
Son zamanlar qadınların hərəkətlərini məhdudlaşdıran problemlərdən biri də ayaqda yaranan şpordur. El arasında daban tikanı adlandırılan şpor əsasən daban hissədə dərialtında kalsiumun yığılması nəticəsində əmələ gəlir. Təəssüf ki, şporun təmamilə müalicəsi mümkün deyil. Ancaq ev şəraitindn təbii vasitələrlə nəticə əldə oluna bilər.  


Medicina.az sizə ev şəraitində şporun müalicəsi üsullarını çatdırır. 


• 1 ç/q bal, 1 ç/q xardal, 1 ml 10%-li yodu qarışdıraraq polietilenin üzərinə çəkin və problemli nahiyəyə bağlayın. Üzərindən corab geyinin. Mümkün qədər çox saxlasanız, yaxşı nəticə əldə edə bilərsiniz. Şporu əritmək üçün 3-7 prosedur kifayət edir. 


• Qara turpu yaxşıca yuyun. Qabığı ilə birlikdə sürtkəcdən keçirin. Dabanınıza yağ çəkin. Çəkilmiş turpu cunanın üzərinə yayaraq şporun üstündə 2-3 saat saxlayın. Gecə boyu saxlamaq olmaz. Dərini yandıra bilər.  


• Eyni miqdarda bal və dəniz duzunu qarışdırın. Qarışımı cunanın üzərinə çəkərək dabanınıza qoyun. Üzərinə polietilen sərərək yaxşıca bağlayın. 3-7 dəfəyə effekt əldə etmək mümkündür.


Arzu

Medicina.az