Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

D vitaminini çox qəbul etdi, böyrəkləri sıradan çıxdı

  • 2019.04.12 14:59
  • 12113 Baxış
D vitaminini çox qəbul etdi, böyrəkləri sıradan çıxdı
Kanada tibb alimlər D vitamini doza həddini aşması səbədindən 54 yaşlı pasiyentin böyrəklərinin sıradan çıxması kimi kliniki halı qeydə alıblar.


Medicina.az xəbər verir ki, kişi 2 il ərzində hər gün tələb olunan dozanı 8 dəfə aşaraq vitamin qəbul etmişdir. 


Asiya ölkələrinə 2 həftəlik səfərdən sonra halı pisləşən kişinin qanında ailə həkimi kreatinin qanda çox yüksəldiyini təyin edir. 

Nefroloqa gündə 8000 ME dozada D vitamin qəbul etdiyini etiraf edən pasiyent bunu sümüklərin əriməsinə qarşı etdiyini bildirib.

Orqanizmdə həddən artıq D vitamin artıqlığı böyrəklərin funksiyasını pozub. 


Həkimlərin səyi nəticəsində qandakı göstəricilər 1 ilə normaya düşsə də, pasiyentin böyrəklərini bərpa etmək mümkün olmadı.  Hazırda o dializ xəstəsidir. 

Həkimlər insanların profilaktika məqsədilə dozanı bilib-bilmədən vitamin D qəbulundan narahatdır.

 

Vitaminin zərərsiz olduğunu düşünənlər bilməlidir ki, adi bir vitamin böyrək və qaraciyəri sıradan çıxara bilər.