BölmələrRU
Xidmətlər
 

D vitamini ehtiyacınızı təbii qidalarla ÖDƏYİN

D vitamini insan üçün ən əhəmiyyətli vitaminlərdən biridir. Uşaqlara isə 2 yaşına qədər D vitaminini vermək tövsiyə edilir. 
Bəzən insanlar D vitamininə ehtiyac olan zaman ilk olaraq dərmanlara üz tuturlar.
 
Bəs təbii yolla D vitamini çatışmazlığının qarşısını necə almaq olar?
 
Medicina.az tərkibində D vitamini olan qidaları təqdim edir:
 
Balıq - Həm sağlam, həm ləzzətli qida olan balığı həftədə ən az 3 dəfə yesəniz, D vitamini ehtiyacınızın əksər hissəsini almış olursunuz.
 
Kartof - Püre halında olan kartofa bir az yağlı süd əlavə etsəniz, gündəlik D vitamini ehtiyacını ödəmiş olacaqsınız.

Yumurta - B12 və protein baxımından çox zəngin olan yumurta gündəlik D vitamini ehtiyacının 4 faizini qarşılayır.