- TƏHLÜKƏNİN YAXINLAŞDIĞINI GÖSTƏRƏN 8 ƏLAMƏTCorabı çıxaranda ayağınızda iz qalırsa...

  • 2018.09.15 14:15
  • 24618 Baxış
 - TƏHLÜKƏNİN YAXINLAŞDIĞINI GÖSTƏRƏN 8 ƏLAMƏT Corabı çıxaranda ayağınızda iz qalırsa...
Ürək xəstəlikləri dünyada insan ölümlərinin ən başlıca səbəbidir. Araşdırmalara görə, hər il 610 min nəfər ürək xəstəlikləri ilə bağlı problemlə qarşılaşır. Erkən diaqnoz ilə ürək problemlərindən xəsarət almadan qurtulmaq istəyirsinizsə, bəzi əlamətlərə diqqət etməyiniz kifayətdir. 

 

Medicina.az xəbər verir ki, ürək fəaliyyətinizin normal olmadığını göstərən 8 əlaməti təqdim edir:

 

Картинки по запросу Kollara yayılan ağrı


Qollara yayılan ağrı


Ürək xəstəliklərini göstərən ən vacib siqnallardan biri qola yayılan ağrılardır. Qol ağrısı kişilərdə sol nahiyədə, qadınlarda isə hər iki tərəfdə müşahidə olunur. Qadınların bəzi vaxtlar qollarında hiss etdiyi ağrılar sinir sistemi ilə əlaqəli olduğundan, düzgün diaqnoz üçün mütləq mütəxəssislə məsləhətləşmək lazımdır.

 

Картинки по запросу Şiddetli öksürük 



Şiddətli öskürək


Bir çox müxtəlif xəstəliklərin əlaməti olan şiddətli öskürək xüsusilə çəhrayı bəlğəmlə müşayiət edildikdə ürək çatışmazlığına işarədir.

 

Картинки по запросу Ayaklarda şişlik


Ayaqlarda və qıçlarda şişkinlik


Qıç, ayaq və topuqlarda səbəbi olmayan şişliklər yarana bilər. Ürəyə qan yaxşı getməzsə, qan damarlarındakı mayenin toxumalara sızması ilə şişkinlik ortaya çıxır. Buna görə də həmin şəxs həkim müayinəsindən keçməsi vacibdir. Xüsusən corab geyindikdə boğazındakı rezin sizi narahat edirsə və çıxardıqda ayaqlarda izlər qalırsa, mütləq həkimə gedin.

 

Картинки по запросу Mide bulantısı ve iştahsızlık


Mədə bulantısı və iştahasızlıq


Ürək problemləri bəzən mədə bulantısına və iştahsızlığa səbəb ola bilər. Bu əlamətlər əsasən qarın ağrısı ilə müşayiət olunur. Bu simptomların hamısı sizdə varsa, həkimə getməyiniz məsləhətdir.

 

Картинки по запросу Aşırı kaygılı ruh hali


Həddən çox fikirli olmaq


Araşdırmalara görə, həyatının müəyyən dövrlərində fikirli-fikirli gəzən şəxslər ürək xəstəliklərinə meyillidirlər. Fikirli olmağınız bir çox xəstəliyin göstəricisi, yaxud səbəbi ola bilər.

 

Картинки по запросу Bilinç kaybı ve bayılma


Ürəkgetmə


Ürək problemləri arasında ən sıx rastlanan simptom ürəkgetmədir. Bunun səbəbləri ürəyin qanı yaxşı pompalamaması və damarlarda tıxanmadır.

 

Картинки по запросу Ciltte mavimsi 


Dəridə göyərmə


Qan axımının azalması, yaxud qanın kifayət qədər pompalanmaması nəticəsində yaranan bu simptom tez-tez rast gəlinən əlamət deyil. Göyərmə bədəninizin bütün üzvlərində ola bilər.

 

Похожее изображение


Dəri problemi


Araşdırmalara görə, ekzema xəstələrinin 48 faizi gələcəkdə yüksək təzyiq, 29 faizi isə yüksək xolesteroldan əziyyət çəkir. Bu isə onların ürək problemləri ilə qarşılaşacağının ilkin göstəricisidir.

 

MEDİCİNA.AZ