Cinsi zəiflik və erektil disfunksiyası olanlara penil implant– Özünüzü 20 yaşındakı kimi hiss edəcəksiz

  • 2018.05.22 16:59
  • 34909 Baxış
Cinsi zəiflik və erektil disfunksiyası olanlara penil implant–  Özünüzü 20 yaşındakı kimi hiss edəcəksiz

Əgər erektil disfunksiya (impotensiya) digər müalicə üsulları ilə effekt verməzsə, onda son çarə penis protezləridir. Penis protezləri penisin (kişi cinsiyyət orqanı) içərisinə yerləşdirilən silikondan ibarət paçalardır. Penis üzərindən aparılan kəsikdən girilərək hər iki tərəfə protez yerləşdirilir. Kənardan baxıldığında protezin olduğu görülmür.





Medicina.az uroloq-androloq Seymur Meytiyevdən Penis Protezinin (Penil Protez) Faydaları barədə məlumat aldı.

Həkimin sözlərinə görə, bu əməliyyat Erektil disfunksiya (Sərtləşmə) problemini kökündən həll edir

Lazım olan halda istənilən yaşda istifadə bilir

Ümumi vəziyyəti cinsi əlaqə üçün uyğun olan istənilən xəstəyə poyulması mümkündür

Kənardan görünmür

Ömür boyu istifadə olunur

Xəstə orqazm (boşala bilir) ola bilir




Penis Protezi Kimlərə Qoyulur?




Penis protezləri, erektil disfunksiyası (cinsiyyət orqanı yaxşı bərkiməyən) olan kişilərdə digər müalicə üsulları effekt vermədiyi halarda qoyulur.Penis protezi qoyulmuş xəstələrin cinsi həyatlarında heç bir şəkildə sərtləşmə ( bərkimə) problemi olmayacaq və yaşlandıqda da eyni performansda cinsi həyatlarını davam etdirə biləcəklər.




Spermanın boşalması:




Cinsi əlaqə zamanı orqazm və spermanın boşalması normal halda olur və kişi rahat boşala bilir.Xəstələr həm təbii olaraq zövq alırlar,həm də spermanın boşalması əvvəlki şəkildə davam edir.İstərsə uşağı da ola bilir.




Penis protezini qadınlar necə qarşılayır?




Əməliyatla penis (kişi cinsiyyət orqanı) içinə yerləşdirilən protez daxildə olduğu üçün kənardan qətiyyən hiss olunmur və qadın bunu əsla hiss etmir. Kişi çətinlik çəkmədən, heç bir hazırlıq görmədən istədiyi zaman onu istifadə edərək cinsi əlaqəyə girə bilir.

Penis protezi müalicəsindən sonra xəstələr hər zaman gənclik vaxtlarındakı sərtləşməyə sahib olurlar, özlərini 20 yaşlarında olduğu kimi hiss edirlər, cinsi əlaqə vaxti sərtləşmə (bərkimə) olacaq-olmayacaq narahatçılığından uzaq olurlar. Bu vəziyyətdə istədikləri vaxt, istənilən yerdə cinsi əlaqəyə girərək özlərini tam rahat hiss edəcəklər.....







Penis Protezlərinin hansı növləri vardır?




İki növ protez mövcuddur:

1.Büküləbilən protezlər

2.Şişiriləbilən protezlər




Şişirilebilən protezlər iki vəya üç parçalı olurlar.

Şişiriləbilən protezlər, enmiş və yumuşaq halda olarkən incə toxunmaqla bir neçə saniyə içində sərtləşir.




Büküləbilən protezlər:

Ortasından tel keçirir. bunun sayəsində yuxarı vəya aşağı büküləbilir. İstifadəsi son dərəcə asandır.




Bu növ protezlər adlarından göründüyü kimi 3 hissədən ibarət olurlar.İçi su ilə dolu olan depo hissəsi,şişirməni həyata keçirən pompası (düyməsi) və penisin (kişi cinsiyyət orqanının) içərisinə yerləşdirilən borulardan ibarət olurlar. Protezlər penisin (cinsiyyət orqanının) boyuna təsir etmirlər.

Hal-hazırda penis protezi əməliyatları dünyada çox geniş şəkildə, yüksək müvəffəqiyyətlərlə həyata keçirilməkdədir. Qadınların 95%-nin bundan məmnun olması bu əməliyatların əhatəsini daha da genişləndirmişdir.Amerikada penis protezi əməliyatları andrologiya sahəsində olunan əməliyatlar arasında ilk sıradadır.




Penis protezi əməliyatı necə olur?

Protez, bir əməliyatla, penisin içinə yerleşdirilir

Əməliyatdan 4-6 həftə sonra istifadə olunur

Əməliyatın müddəti istifadə olunacaq protezin növünə görə dəyişir,normal şərtlərdə 40-120 dəq olur

Protezlər, silikon deyil və allergik reaksiya vermirlər

Penis protezlərinin,hər bir xəstənin penisinin (cinsiyyət orqanının) uzunluğuna uyğun ölçüləri vardır




Penis protezleri son, amma dəqiq bir çarədir. Protezdən sonra hər hansı bir müalicəyə ehtiyac qalmır, ömür boyu güvənli şəkildə istifadə olunur. İstehsalçı firmalar tərəfindən ömürlük qarantiya verilir.

Nəticə: Erektil disfunksiya (impotensiya) olduqda mütləq bu sahədə təcrübəsi olan həkim uroloq-androloq ilə məsləhətləşmək lazımdır. Əslində bu narahatçılığın hədsiz çox yayıldığını və utanılacaq bir hal olmadığını bilmək lazımdır.Hər bir növ erektil disfunksiya (impotensiya) zamanı mümkün müalicələr vardır və istifadə olunmaqdadır.

 

 






Cinsi zəiflik və erektil disfunksiyası olanlara penil implant–  Özünüzü 20 yaşındakı kimi hiss edəcəksiz