BölmələrRU
Xidmətlər
 

Cinsi orqanların “cavanlaşdırılması” - Qadınlardan çox kişilər müraciət edir

Son illərdə bütün dünyada, eləcə də ölkəmizdə qadınlar arasında cinsi orqanların "cavanlaşdırılması” və xarici görünüşünü dəyişdirməsi kimi cərrahi əməliyyatlara çox müraciət olunur. 

Medicina.az xəbər verir ki, əslində dünya miqyasında bu tip əməliyyatları qadınlardan çox kişilərin etdirdiyi məlum olub. Daha əvvəllər qadınlar arasında populyar olan bu cür əməliyyatlar indi kişilərin də maraq dairəsindədir. 

Yerin cazibə qüvvəsinin təsiri ilə vaxt keçdikcə kiçilərin cinsi orqanları öz formasını itirir. Botoks preparatı vasitəsilə belə cinsi orqanların qırışları açılır və orqan həcmcə böyüyür. Bundan əlavə, preparatdan sayəsində qasıq bölgəsində tərləmə də azalır. Bu cür əməliyyatların popuryarlıq qazanmasının əsas səbəblərindən biri də onun az invaziv (kəsiksiz) və qısa müddətdə icra olunmasıdır. Belə ki, işləyən insanlar cərrahi müdaxiləni hətta nahar fasiləsində də icra etdirə bilərlər. Prosedur zamanı dəridə xırda deçiklər açlılır və preparat ordan orqana yeridilir.