Cəmi bir tərəvəzin şirəsi ilə xərçəngdən qurtulan qadın - Real hekayə
Cəmi bir tərəvəzin şirəsi ilə xərçəngdən qurtulan qadın - Real hekayə
2019.02.28 17:34
177719 Baxış
Kök şirəsi səkkiz ay ərzində qadını bağırsaq xərçəngindən sağaldıb.
Uşaq yazıçısı Enn Kamerona yoğun bağırsağında xərçəngin olması diaqnozu qoyulan zaman o bərk sarsılıb. 2012-ci ilin iyun ayında onun xəstəliyi təhlükəli, yəni üçüncü mərhələyə çatmışdı. Bunları xatırlayan Enn Kameron yazır:
"Məndə yoğun bağırsaqda xərçəngin üçüncü mərhələsi idi. Lakin mən kimyaterapiyadan imtina etdim. Çünki ərim ağciyər xərçəngindən 2005-ci ildə kimyaterapiya başlananda ölmüşdü. Digər tərəfdən isə mən xəstəxanada ölmək istəmirdim, üstəlik özümü yaxşı hiss edirdim. Lakin altı aydan sonra xərçəng ağciyərlərimə də yayıldı və onun dördüncü - ən yüksək mərhələdə olduğu təsdiq edildi. Məlumdur ki, kökün tərkibində xərçəng şişlərinin inkişafının qarşısını alan karotin maddəsi var. Həmin vaxt əlimə bir yazı keçdi. Qərara gəldim ki, bunu mən də sınayım"