Burun qurdlamaq ölümlə nəticələnə bilər - Qorxulu viruslar

  • 2018.11.12 14:24
  • 12344 Baxış
Burun qurdlamaq ölümlə nəticələnə bilər -  Qorxulu viruslar
Britaniyalı alimlərin apardıqları araşdırmanın nəticəsinə görə, burun qurdalamaq adəti ölümcül nəticələrə yol aça bilər.

 

Medicina.az xəbər verir ki, layihənin rəhbəri Viktoriaya Konnor Liverpul universitetinin əməkdaşıdır. Məlum olub ki, burun yollarının tez-tez təmizlənməsi zamanı əllərdən pnevmoniya kimi ölümcül xəstəliyə yoluxa və letal nəticəyə səbəb ola bilər. Eksperimentin nəticələri "European Respiratory Journal”da dərc edilib. Eksperiment zamanı 70 könüllünün əlləri pnevmoniya törədiciləri ilə bulaşdırılıb. Daha sonra iştrakçılara burunlarını qurdalamaq tapşırılıb. Araşdırma zamanı məlum olub ki, iştrakçıların 40%-i əllərində  olan pnevmokok bakteriyalarının burun boşluğuna yoluxdurdub. Təhlükə ondan ibarətdir ki, bakteriyalar burun yollarından ağciyərə yoluxaraq pnevmoniyanın daha ağır formalarına gətirib çıxara bilər. "Əgər ağciyər xəstəliyinə yoluxmaq istəmirsizsə o zaman burnunuzu az qurdalayın” - deyə, Konnor bildirib.