Burnunuzun formasını əməliyyatsız da dəyişdirə bilərsiniz - 2 ÜSUL

  • 2018.01.05 12:39
  • 30493 Baxış
Burnunuzun formasını əməliyyatsız da dəyişdirə bilərsiniz -  2 ÜSUL
Ən çox bilinən və qalıcı üsulla burun ucu qaldırmaq yolu təbii ki, əməliyyatdır. Cərrahi yolla burun ucu qığırdaqları yuxarıya doğru çəkilir və sağlam bir qığırdaq toxuması ilə dəstəklənir. Bu, qalıcı bir üsuldur.  


Medicina.az xəbər verir ki, türkiyəli həkimlər əməliyyat xaricində də burunun formasını dəyişməyin mümkün olduğunu bildiriblər. 

Onların sözlərinə görə, belə 2 üsul var: iplə asma və estetik toxuma ilə qaldırma.

 

Mütəxəssislər, doldurma vasitəsilə keçici burun qaldırmağın səhhət üçün daha  yaxşı olduğunu bildiriblər.


Hyaluronik asid doldurma üsulu ilə əməliyyatsız burun estetikası pasiyentlərdə effektiv bir üsuldur. Bu üsulla burnun ucunu qaldıra və ya formaya sala bilərsiniz. Belə dəyişikliyin qalıcılığı isə 2.5-3 ildir. Arzu edilərsə, prosedur yenilənə bilər.

 

Şəhanə Quliyeva