BölmələrRU
Xidmətlər
 

Burnunda estetik əməliyyat etdirənlərin çoxu sonradan ciddi problemlər yaşayır, ömür boyu müalicə alır – LOR həkimdən xəbərdarlıq


Son zamanlar gənc qızların burun əməliyyatı rinoplastikaya meyilli olması estetik cərrahların sayını durmadan artırır. BUrun ən vacib tənəffüs orqanı olduğundan əməliyyatdan sonra baş verəcək fəsadlarla da sonradan LOR həkimlər uğraşmalı olur. 
 
Elmed Klinikasının LOR həkimi Natavan Əliyeva estetik əməliyyatdan sonra müraciət edən pasiyentlərin hansı problemlərlə üzləşdiyi barədə medicina.az-a danışdı:

"Burunda estetik əməliyyatlar, burun kiçiltmə indi dəb xarakteri alıb.  Bu əməliyyatlar təəssüf ki, maddiyat və daha çox xəstə cəlb etmək məqsədilə olunur. 

Burun təkcə üzdə olan, Gözəllik simvolu da deyil. O insanı oksigenlə təmin edən ən vacib həyati vacib bir tənəffüs orqanıdır. Burundan daxil olan hava ağciyərlərə dolur. Orda oksigenlə zənginləşib qana keçir. 
 


 
 
Əməliyyatdan sonra qoxu itmə, əyilmələr, dəliklərin tıxanması, tənəffüs pozulmaları, rinit baş verir.
Burunda quruluq, ifrazat dayanmır, deformasiyalar, spaykalarla yanımıza gəlirlər. 

 
Burun işləməyəndə, tutulanda ağızla nəfəs alınır. Amma ağızla alınan hava effektiv deyil. O havanın çoxu mədə-bağırsağa gedir. Bu da reflü, köp, bağırsaqlarda narahatçılıq yaradır, ağciyərlərə də hava yaxşı getmədiyindən qanda oksigen azalır. Burdan da ağrılar, halsızlıq başlayır.

Burun əməliyyatına kimlərə sağlamlıq üçün lazımdırsa, onlar getməlidir. Hər burunu əməliyyat etmək də olmaz. Çox qızlarımız elə düşünür ki, burnunu kəsən kimi həyatı dəyişəcək, ailə quracaq, daha çox seviləcək. Amma əməliyyatdan sonra görürlər ki, heç bunlar baş vermir. Yanaşmalar səhvdir.
Müdaxilə olunmuş burunla işləmək LOR üçün də çox çətindir. 

Əməliyyatdan sonra qoxu itmə, əyilmələr, dəliklərin tıxanması, tənəffüs pozulmaları, rinit baş verir. Burunda quruluq, ifrazat dayanmır, deformasiyalar, spaykalarla yanımıza gəlirlər. 

Bu halda biz diaqnoz qoyuruq, əgər cərrah səhvi varsa, yenidən cərraha yönəldirik. Cərrahlar da təbii ki, ya xəstəni yola verir və ya ikinci, hətta üçüncü dəfə əməliyyat məsləhət görür. Digər problemlərdə, allergik rinitdə uzun müddət dərman spreylərdən istifadə edirlər. 
Əksəriyyət estetik əməliyyatdan sonra LOR xəstəsinə çevrilir və ömürlük müalicəyə məhkum olur. 

Burun tutulmaları çox olduqca sinusitlər baş verəcək. Bir adamın burnu 3-5 gün tutuldusa, haymorit, sinusit baş verir. 
Əslində estetik əməliyyatı LOR cərrah etməlidir ki, burun anatomiyası, fiziologiyası pozulmasın».