Bu xəstəliklərin müalicəsi üçün dərmanların sayı artırıldı

  • 2019.03.18 11:41
  • 6758 Baxış
Bu xəstəliklərin müalicəsi üçün dərmanların sayı artırıldı
 

Azərbaycanda nadir xəstəliklərinin müalicəsi üçün nəzərdə tutulan dərman vasitələrinin siyahısı genişləndirilib.


Medicina-nın məlumatına görə, Səhiyyə Nazirliyinin Kollegiyası bununla bağlı "Nadir hallarda rast gəlinən və spesifik müalicə tələb edən xəstəliklərin müalicəsi üçün nəzərdə tutulan dərman vasitələrinin siyahısı”nda dəyişiklik edib.


Beləliklə, Adsetris (Adcetris), Serezim(Cerezyme) və Fabrazim (Fabrazyme) nadir hallarda rast gəlinən və spesifik müalicə tələb edən xəstəliklərin müalicəsi üçün nəzərdə tutulan dərman vasitələrinin siyahısına daxil edilib. (ONA)