Bu uşaq həftələrlə oyanmadan yatır - FOTO

  • 2017.06.04 12:18
  • 13826 Baxış
Bu uşaq həftələrlə oyanmadan yatır -  FOTO
Rusiyada yaşayan 1 yaşlı Anya Metyolkina adi uşaqdır. Lakin bu uşağın bir özəlliyi var.

 

Yuxuya gedəndən sonra Anya günlər və hətta həftələrlə oyanmadan yatır...


BakuTibb xəbər verir ki, ilk dəfə belə hadisə uşaq 6 aylıq olanda baş verib. Yemək yeyəndən sonra uşaq oynayırdı, çox şən və gümrah idi. Anası onu heç cür yatızdıra bilmirdi. Birdən Anya oturduğu stulda dərin yuxuya getdi. Növbəti gün uşaq yuxudan ayılmadı. Uşağı oyada bilməyən valideynlər qorxub "təcili yardım" çağırıblar. Həkimlər uşağı müayinə etdikdən sonra heç bir patologiya tapmayıblar. Uşaq sadəcə yatırdı və onu oyatmaq mümkün deyildi. Anya xəstəxanaya yerləşdirilib.

 

Bir neçə gündən sonra Anya qəfildən oyanıb. Uşaq tam sağlam görünürdü - gülürdü, oynayırdı, yemək yeyirdi.  Lakin... Növbəti gün uşaq yenə yuxudan oyanmayıb. Artıq bu, 1 ildir davam edir - uşaq bir neçə saatlıq oyanır, sonra yuxuya gedir və günlərlə yatır.

Anyanın anası uşaqla birlikdə demək olar ki, reanimasiyada yaşayır. Oyandıqdan sonra uşağın hərarəti qalxır, üzü şişir və qızarır, uşaq əsməyə başlayır.

 

Həkimlər uşağa heç bir diaqnoz qoya bilmir. Uşağın tibbi kartında "genezisi məlum olmayan hipersomniya" yazılıb. Tutma zamanı uşağın nəfəsalması və ürək döyüntüsü azalır. Anya çoxsaylı analiz və müayinələrdən keçib. Lakin hipersomniyanın səbəbi indiyə qədər aşkar olunmayıb.

Bu uşaq həftələrlə oyanmadan yatır -  FOTO
Bu uşaq həftələrlə oyanmadan yatır -  FOTO
Bu uşaq həftələrlə oyanmadan yatır -  FOTO