Bu şəkildə bişmiş yumurtanı - Professordan XƏBƏRDARLIQƏSLA YEMƏYİN, YOXSA...

  • 2017.12.26 16:56
  • 31385 Baxış
Bu şəkildə bişmiş yumurtanı - Professordan XƏBƏRDARLIQ ƏSLA YEMƏYİN, YOXSA...
"İdmançılar və əzələ yığmaq istəyənlərin istifadə etdiyi protein tozu sağlamlıq üçün çox təhlükəlidir”.


Medicina.az publika.az-a istinadən xəbər verir ki, bu sözləri türkliyəli kardioloq, professor Canan Karatay universitet tələbələri qarşısında çıxış edərkən deyib.


Protein tozunun təhlükəsindən danışan həkim təbii protein qəbul etməyin ucuz yollarını da göstərib:


"Ən təbii və ucuz protein yumurtadır. Yumurta ağında 9 amin turşusu var. Bunlar insan bədəni üçün vacibdir. Yumurtanın sarısında isə omega 3, omega 6 var. Yumurtanın tərkibindəki kolin adlı maddə beyni simulyasiya edən ən önəmli maddələrdən biri asetikolunun əsas tərkib hissəsidir. Bunların təbii olaraq bədənə daxil olması mütləqdir. Yumurtanın sarısı və ya da ağı təhlükəli deyil. Zərərli olan protein tozudur”.

 


Həkim protein tozunun trans yağlarla zəngin olduğunu deyib:


"Bunlardan tamamilə uzaq durmaq lazımdır. Hətta idxalı belə qadağan edilməlidir. Ürək də əzələlərdən ibarətdir. Bu maddələr ürəyi də böyüdür. Ona görə də, idmançılarımız gənc yaşlarında infarkt keçirir”.

 



C.Karatay onu da vurğulayıb ki, yumurta çox bişəndə və çox qızardılanda onun tərkibində trans yağlar meydana gəlir:


"Bu da insanlar üçün çox təhlükəlidir. Yumurta çox qaynayanda sarısının ətrafında yaşıl təbəqə yaranır. Bu artıq yumurtanın lazımsız olduğunu göstərir. Həmin yumurtanı ağzınıza qoyanda sarısı dağılırsa, bu zaman artıq onun yararsız olduğu deməkdir. Təəssüf ki, bu gün idmançılara, gənclərə əzələ yığmaları üçün yumurtanın ancaq ağı verilir. Bu çox təhlükəlidir, yumurtanın ağını yeməməlidirlər. Çünki protein bədən üçün nə qədər xeyirli olarsa, o bədənə yağla birlikdə daxil olmazsa, zərərli hesab edilir. Yumurtanın ağı proteindirsə, sarısı da yağdır”.

Bu şəkildə bişmiş yumurtanı - Professordan XƏBƏRDARLIQ ƏSLA YEMƏYİN, YOXSA...