Qida mütəxəsissləri mətbəxdə bir çoxlarının yol verdiyi səhvləri açıqlyıblar. Bəzi ərzaqlar var ki, onların yuylmasını vacib bilmirik və aldğımız kimi də istifadə edirik. Amma bu yalnışdır.
Medicina.az yuyulması vacib olan ərzaqları təqdim edir:
Dənli bitkilər
Alimlər dənli bitkilərin bişirməzdən əvvəl mütləq yuyulmasını tövsiyə edirlər. Ərzaqlar tərkibində olan artıq nişastadan və bakteriyalardan təmizlənməsi üçün soyuq suda yaxşıca yuylmalıdırlar.
Avakado
Yuyulmamış avakado qabığında bakteriya, həşərat dərmanları və s kimi zərərli maddələr saxlayır. Buna görə də bu meyvədən istifadə etməzdən əvvəl mütləq yuyulmalıdır.
Konsevləşdirilmiş lobya
Əgər konservləşdirilmiş lobyanı qabını açan kimi birbaşa tavaya tökürsünüzsə səhv edirsiniz. Onun tərkibində duz həddən çox olduğu üçün ilk əvvəl yaxşıca yuyulmalıdır.
Meyvə və tərəvəzlər
Meyvə və tərəvəzləri çiy və ya bişirilərək yeyilməsindən asılı olmayaraq mütləq yuyulmalıdır. Bakteriyalardan tam təmizlənməsi üçün yaxşı olardı ki, onları sirkəli su ilə yuyasınız.
Göyərti
Tərəvəzlər içində ən çirkliləri göyərtilər hesab olunur. Onlıarın tam təmizlənməsi üçün əvvəlcə sirkəli su ilə yuyaraq kağıza büküb soyuducuda saxlamaq lazımdır.
Göbələk
Göbələk süngər kimidir və onlar böyüdükcə daha çox çirklənirlər. Buna görə də istifadə etməzdən əvvəl mütləq yuyulmalıdır. Bir müddət suda saxlasaz göbələrklər qumdan daha yaxşı təmizlənərlər.
Arzu
Medicin.az