BölmələrRU
Xidmətlər
 

Bu qidalar kişi sonsuzluğunun müalicəsində effektlidir - Araşdırma

Sosis, kolbasa kimi məhsullar spremaya mənfi təsir göstərir.

Medicina.az xəbər verir ki, türkiyəli mütəxəssislər bu barədə həyəcan təbili çalırlar. Onların sözlərinə görə, doymuş yağ asidləri, vücuddakı sərbəst oksigen radikallarının artmasına səbəb olaraq  spermanın keyfiyyətinə ziyan vurur. Bunun əksi olaraq dəniz məhsulları spermanın sayı və keyfiyyətində müsbət təsirə malikdir. Bu, aparılan araşdırmalar zamanı öz təsdiqini tapıb.
 
Elm adamları həmçinin kişi sonsuzluğunun müalicəsində müsbət effekt yaradan qida məhsullarının adlarını açıqlayıblar.
Həmin siyahını təqdim edirik:
 
Təbii meyvə və tərəvəzlərdən mütəmadi istifadə

Quzu əti başda olmaqla qırmızı ət və ət məhsulları

Süd və süd məhsulları

Balıq

Təbii həyətdə saxlanılan ev toyuqları

Antioksidanlarla zəngin meyvə və tərəvəzlər

Yer fıstığı, lobya, brokoli.
 
Mütəxəssislər, bu qidaların kişi sonsuzluğu ilə mübarizə apararaq uğurlu nəticə əldə etməyə kömək edən vasitə adlandırıblar.