BölmələrRU
Xidmətlər
 

Bu qadın seks zamanı huşunu itirir - FOTOLAR

Həkimlər cinsi münasibətin xeyirləri barədə hər zaman danışsa da, bundan əziyyət çəkən nadir insanlar da var.

Medicina.az xəbər verir ki, 3 uşaq anası Laura Krov onlardandır. Laura cinsi münasibət zamanı huşunu itirir. 

Nadir rast gəlinən xəstəlikdən əziyyət çəkən qadın bunun ilk hamiləliyindən sonra yarandığını bildirib.

Posttaşikardi diaqnozu qoyulan 28 yaşındakı qadının normal zamanda ürəyi dəqiqədə 110 dəfə döyünür. Bu rəqəm bir insanın normal ürək döyüntüsündən 40 dəfə çoxdur. Həyəcan yaşadığı zaman isə bu rəqəm dəqiqədə 180-ə çatır və ürəkgetməsinə səbəb olur. Yaxşı yata bilməməsi, hərəkətdə olması, gülməsi də bu vəziyyyəti yaradan faktorlardandır.

Laura əri ilə cinsi münasibətdə olduğu zaman da ürəyinin getdiyini bildirib: "Hər yerdə hər zaman ürəyim gedə bilir. Əlaqədə olduğumuz zaman bunları nəzərə alırıq. İlk ürəyim gedən zaman ikimiz də şok keçirdik. Əsas da yoldaşım. Çox pis olmuşdu. Yaxşı ki, münasibətimiz zədələnmədi”.