Bu problemləriniz varsa, immunoloqa getmək vaxtıdır – İmmuniteti yoxlamaq mümkündür

  • 22 Mart, 2019
  • 3736 Baxış
Bu problemləriniz varsa, immunoloqa getmək vaxtıdır – İmmuniteti yoxlamaq mümkündür
Əgər siz tez-tez qrip, virus kimi xəstəliklərə tutulursuzsa, sağalan kimi yenidən xəstəliklə üz-üzə qalırsızsa, bir probleminiz aylarla sağalmırsa, özünüzü virus və bakteriyalar qarşısında zəif hiss edirsizsə, deməli, immunoloqa müraciət etmək vaxtıdır.

Medicina.az xəbər verir ki, az rast gəlinsə də həkim immunoloqlar var, onlar insanın immun sisteminin müayinəsi, profilaktikası, onun işinin pozulmasının müalicəsi ilə məşğul olur. 

Əgər bu əlamətlər varsa, sən də immunoloqa müraciət etməlisən:

-Bronxial astma, HOBL, kəskin öskürək
-Kəskin allergik reaksiyalar
-      Pnevmoniya
-      Sonsuzluq, tez-tez düşüklər
-Səbəbsiz halsızlıq, yorğunluq
-Daim geri qayıdan bakterial, göbələk, virus infeksiyaları, kandidoz, Epşteyn Bar, herpes
-Peyvənd öncəsi və sonrası qiymətləndirmə
-Autoimmun xəstəliklər – qırmızı qurd eşənəyi, revmatoid artrit
-Hamilələrdə infeksiyalar, allergiya

İmmunitetin vəziyyətini diaqnoz üçün:

-Sidik və qanın analizləri verilir
-Dəridən allergik sınaqlar
-İmmunoqramma
-Interferon statusun qiymətləndirilməsi
-A, M, G, E immunoqlobulinin səviyyəsinin təyini
-Molekulyar bioloji müayinə
-Antitellərin testi

İstər uşaqlar, istər böyüklər  hər xəstələnmə səbəbindən immunitet zəifliyindən şübhələnib apteklərdə  immunitet gücləndirən adı ilə satılan hər dərmanı özbaşına içməməlidir. İmmuniteti asanlıqla qaldırmaq olmur. Heç bir qida əlavəsi, Bad, vitamin imminitetə təsir etmir. 

Əgər insanın anadangəlmə immun defisiti yoxdursa, o xarici təsirlərə, infeksiyalara az-çox reaksiya göstərəcək, bu normal haldır. Ona əlavə dərmanla kömək etmək, işinə müdaxilə etmək olmaz. Əgər immunitetinizdən şübhələnirsizsə, onu yalnız peşəkar həkim vasitəsilə yoxlaya bilərsiz. Əgər analizlər hansısa problem göstərsə, yenə də həkim immunoloq immun modulyatorlar təyin edə bilər.