Bu növ qazanlardan uzaq durun - Qorxulu xəstəliklər yaradır

  • 2018.06.30 10:16
  • 8171 Baxış
Bu növ qazanlardan uzaq durun -  Qorxulu xəstəliklər yaradır
Mütəxəssislər, bir çox evdə hazırlanan teflon qazanların əslində ciddi təhlükə mənbəyi olduğunu bildiriblər. Xüsusilə də teflon qatı üzərində cızıqlar olan tavalar daha çox qorxuludur.


Medicina.az xəbər verir ki, elmi araşdırmalar zədələnmiş teflon qatının sağlamlıq üçün çox ciddi ziyanını aşkar edib.


Belə ki, teflon qatı zədələndikdə qidaya toksiki perftoroktan turşusu daxil olmağa başlayır. İnsan orqanizminə düşdükdə bu turşu xolesterinin səviyyəsinin artmasına, immun sisteminin zəifləməsinə, qalxanvari vəzidə pozulmaların riskinin artmasına səbəb olur.

Bundan əlavə araşdırmalar göstərir ki, perftoroktan turşusu xərçəngin inkişafına da təkan verə bilər.


Mütəxəssislərin fikrinə görə, paslanmayan polad və ya çuqundan hazırlanmış tava və qazanlardan istifadə etmək daha təhlükəsizdir.