Bu məhsulları 175 dərəcədən yuxarı istilikdə bişirmək qadağan edildi - XƏRÇƏNG YARADIR

  • 2018.04.12 12:53
  • 14038 Baxış
Bu məhsulları 175 dərəcədən yuxarı istilikdə bişirmək qadağan edildi -  XƏRÇƏNG YARADIR
Artıq kartof çipsləri, qızartmaları, keklər kimi məhsulların bişirilmə istiliyi 175 dərəcə olacaq.


Medicina.az xəbər verir ki, Avropa Birliyi bununla bağlı qərar qəbul edib.


Yeni qərara səbəb yüksək dərəcədə yaranan akrilamid maddəsidir.


175 dərəcə istilikdə isə xərçəngə səbəb olan sözügedən maddə yaranmadığı üçün qidalar daha keyfiyyətli olur.

Həmçinin kartofların bişirilmədən öncə suda saxlanılması ilə bağlı göstərişlər verilib. Suda saxlanılan zaman nişasta azaldığından sağlamlıq üçün daha zərərsiz olduğu üçün qərara bu maddə də daxil edilib.