Bu makarondan yeyənlər infarkt olmur

  • 2018.03.14 11:39
  • 22760 Baxış
Bu makarondan yeyənlər infarkt olmur
İnsanda infarktın qarşısını alan makaron istehsal edilib.


Medicina.az xəbər verir ki, bu, italiyalı elm adamları tərəfindən hazırlanıb. Yeni makaron buğda ilə arpa ununun qarışımından hazırlanıb.

Damarların normal fəaliyyəti baxımından əhəmiyyət kəsb edən makaron siçanlar üzərində sınaqdan keçirilib. Siçanlara makaron yedizdirilib, sonra isə heyvanlara süni infarkt keçirdilib. Bu makarondan yeyən siçanlar həyatda qalıb.


Həmçinin arpa yeyən siçanlarda da ürək problemlərinin daha az olduğu aşkar edilib.


Araşdırma kollektivinin lideri professor Vinçenzo Lionetti yeni makaron növünün stresdən əziyyət çəkən və damar problemləri yaşayan xəstələr üzərində də effektiv olacağını vurğulayıb.

 

Şəhanə Quliyeva