Bu dərman qaraciyər xərçənginin qarşısını ala bilir

  • 2018.10.17 15:48
  • 9308 Baxış
Bu dərman qaraciyər xərçənginin qarşısını ala bilir
Massaçusets ştatının Mərkəzi Xəstəxanası aspirin həblərinin münqətəm qəbul olunmasının qaraciyər xərçəngi olan karsinoman riskinin qarşısını aldığını sübut edib. 


Medicina.az xəbər verir ki, onların tədqiqatının nəticəsi Onkoloji dərgidə çap olunub.


Belə ki, 5 il ərzində həftədə 325 mq aspirin qəbul edənlərdə karsinoma riski 2 dəfə azalıb və getdikcə də azalmaqda davam edib. 


Alimlər 170 min pasiyenti 3 il ərzində müşahidə ediblər. Onlar arasında son 3 il ərzində nə qədər aspirin qəbul etdikləri barədə informasiya əldə olunub. Daha sonra test olunan insanlarda qaraciyər xərşəngi barədə məlumatlar araşdırılıb. Məlum olub ki, gündə 2 tablet aspirin qəbul edənlərdə risk 50%azalıb və qaraciyər xərçəngi nadir hallarda görünüb. Amma 5-7 il sonra aspirindən tam imtina etdikdə karsinoma riski 2 dəfə artıb. Xəstələrin asetaminofen və ya ibuprofen qəbulunun qaraciyər xərçənginin qarşısını almaqda təsiri sübut olunmayıb. 


Qeyd edək ki, qaraciyərin karsinoması çox ağır növdür və 17% pasiyentlərdə cəmi 5 il yaşama şansı verir.

 

Mütəxəssislər növbəti belə tədqiqatı artıq bu xərçəngdən əziyyət çəkən insanlar üzərində aparıb, aspirinin xəstəliyin gedişinə təsirini öyrənəcək. 

Bu vaxta kimi həkimlər ürək infarktı və insultun qarşısını almaq üçün aspirini tövsiyyə edirdilər, lakin yeni elmi araşdırmalarda tam sağlam adamların hər gün aspirin içməsinin zərərli olduğunu sübut edib.