Diabet və ürək xəstələri üçün - Hansı çərəz nəyə faydalıdır?

  • 2019.04.08 09:15
  • 23578 Baxış
Diabet və ürək xəstələri üçün -  Hansı çərəz nəyə faydalıdır?

Çərəzlər hər formada faydalı qida hesab edilir. Onları qida rasionumuza daxil edərək, ürək-damar xəstəlikləri riskini azalda, xolesterinin miqdarını normaya sala və əhval-ruhiyyənizi qaldıra bilərsiniz. 


Medicina.az insan orqanizmi üçün ən faydalı çərələri sizin üçün seçib və faydalarını araşdırıb:

 

1. Qoz – beynin fəaliyyətini yaxşılaşdırır, prostat xərçəngindən qoruyur. Qoz alma və salatlarla birlikdə yeyildikdə, daha yaxşı nəticə verir. 


2. Yerfındığı – paxlalılar fəsiləsinə aid olmasına baxmayaraq, çərəzlərin bütün faydalı xüsusiyyətlərini özündə cəmləşdirir. Onun tərkibində bol miqdarda zülal və vitaminlər mövcuddur.

 

3. Badam – badamın tərkibi doymuş yağlarla, zülalla və liflə zəngindir. 


4. Püstə - bu çərəz olduqca faydalı hesab olunur. Onun tərkibində iltihab əleyhinə antioksidantlar mövcuddur. Qida rasionuna bu çərəzi daxil edən insanlar öd kisəsi daşlarından daha az əziyyət çəkir. 


Arzu

Medicina.az