səhhətinizdə nələrinsə qaydasında olmadığından XƏBƏR VERİRBU 10 GÖZ ƏLAMƏTİ

  • 2018.12.12 00:20
  • 21603 Baxış
 səhhətinizdə nələrinsə qaydasında olmadığından XƏBƏR VERİR BU 10 GÖZ ƏLAMƏTİ
Göz insan həyatında böyük rol oynayır. Ətraf aləmdə olan əşyaların forma və rəngi haqda informasiyanı beyinə çatdırmaq bu orqanın əsas funksiyasıdır. Bununla yanaşı, gözlərimiz sağlamlığımızdan xəbər verir.


Medicina az gözlərə baxıb xəstəliklərə diaqnoz qoymağın yollarını açıqlayır:


1. Ağ ləkə


Əgər siz linzadan istifadə edirsinizsə və gözlərinizin buynuz qişasında (göz giləsinin üzərini örtən şəffaf təbəqə) ağ ləkələr varsa, o zaman buynuz təbəqəsinin zədələnməsi səbəbindən həmin yerdə infeksiya yarandığını söyləmək olar. Əgər infeksiya ağrı və iltihabla müşayiət olunursa, o zaman təcili həkimə getməlisiniz. Narahat olmağa dəyməz, çünki bu hala kifayət qədər tez-tez rastlamaq olar.  


2. Göz səyriməsi


Əgər gözləriniz uzun müddət səyriyirsə, o zaman özünüzə sakitləşmək üçün bir qədər vaxt ayırın. Çünki göz səyriməsinin əsas səbəblərindən biri güclü stresdir. Vanna qəbul edin, kitab oxuyun və dincəlin. 


3. Bulanıq görmə


Bu, görmənin pisləşməsinə bir işarəsir. Ancaq əgər bulanıq görmə uzun bir müddət düzəlməzsə, o zaman diabet kimi daha ciddi problemlərin siqnalı ola bilər. Həmçinin bulanıq görmə bəzi göz xəstəliklərinin, məsələn, mirvari suyu, makulyar degenerasiya kimi xəstəliklərin əlaməti kimi də üzə çıxır.

 

4. Quru göz 


Quru göz sindromu gözlərdə kifayət qədər nəmliyin olmamasının bir əlamətidir. Quru göz allergiya əlaməti də ola bilər. 


5. Sarı ləkə 


Göz alması üzərində sarı ləkə olduğunu müşahidə etsəniz, bilin ki, günəşli havada çox vaxt keçirirsiniz. Bu ləkə pinqvekula adlanır. Tez bir zamanda həkimə müraciət etməyiniz məsləhətdir. 


6. Göz ağının saralması  


Göz ağının rənginin saralması çox təhlükəli ola bilər. Bu əlamət daha çox qaraciyər və öd problemlərindən xəbər verir. Əgər qaraciyəriniz hüceyrələri təmizləmək qabiliyyətində deyilsə, o zaman qanda bilrubin maddəsi toplanır ki, nəticədə də gözlərdə sarılıq meydana çıxır. 


7. Göz yaşarması


Göz yaşarması qadjetlərdən həddən artıq çox istifadə etdikdə meydana çıxır. Yaxşı olardı ki, əlinizdəki telefonu bir müddət kənara qoyasınız. 

 

8. Qırmızı gözlər


Gözlərdə qırmızı damarların olması elə təhlükəli deyil. Bu, gözlərinizin həddən artıq gərgin olmasından xəbər verir. Bəzi hallarda isə bu, soyuqdəymədən də meydana gəlir.


9. Üzən hissəciklər 


Bu halı bir çoxumuz yaşamışıq. Amma davamlı olaraq gözlərinizin önündə üzən hissəciklər görürsünüzsə, o zaman həyəcanlanmaq lazımdır. Çünki bu, torlu qişanın zədələnməsi və ya qopması zamanı meydana çıxır. 


10. Şişmiş qırmızı gözlər


Əgər gözləriniz qızarıb və şişibsə, o zaman bu, sizin yorulduğunuzdan və yetərincə yatmadığınızdan xəbər verir. Doyunca yatın, gözləriniz əvvəlki vəziyyətinə qayıdacaq. 


Arzu

Medicina.az