Boyundakı ağrıların həyatınızı kabusa çevirməsinə icazə verməyin! - MƏSLƏHƏTLƏR

  • 2019.02.06 15:02
  • 16587 Baxış
Boyundakı ağrıların həyatınızı kabusa çevirməsinə icazə verməyin! -  MƏSLƏHƏTLƏR

 

İnsan boynu onurğa sütutununun ən hərəkətli hissəsidir. Bu hərəkət qabiliyyəti boynun zədələrə qarşı həssas olmasına səbəb olur. Məhz buna görə onurğada beldən sonra ən çox ağrıyan nahiyə boyundur. 


Medicina.az xəbər verir ki, mütəxəssislər boyun yırtığının müalicəsi üçün ən  yeni üsullara baş vurur, daima axtarışdadırlar. 


Bir çox qol, çiyin və baş ağrısının səbəbi boyundakı müxtəlif patologiyalardır. Buna görə də boyundan qaynaqlanan xəstəliklərin müalicəsinə xüsusi diqqət göstərmək lazımdır. 


Hansı müalicə növü seçilirsə seçilsin, əvvəlcə simptomların şiddəti, bu simptomları əzələ gücü və reflex itirilməsinin müşayiət edib-etmədiyi, MRT müayinəsi ilə digər müayinələrin üst-üstə düşüb-düşməməsi yoxlanılmalıdır. 


Konservativ müalicə ilk növbədə seçilməli olan müalicə növüdür. Əslində isə boyun yırtıqlarında əsas problem sinir üzərinə yüksək təzyiqin olması və bununla əlaqədar sinir sıxılmasıdır.


Konservativ müalicələrdə ən ağır hallarda 3-4 günlük boyunluq taxmaq lazım olur. Xüsusilə yolda, yaxud iş görərkən boyunluq taxmaq mütləqdir. Son araşdırmalar zamanı məlum olub ki, uzun müddət boyunluq taxmaq əzələləri zəiflədir və boyun hərəkətlərini məhdudlaşdırır. Boyun yırtığı zamanı boyunluq seçərkən onun ön tərəfinin dar, arxa tərəfinin isə geniş olmasına diqqət etmək lazımdır. Beləcə boyunun ön tərəfə əyilməsi ilə onurğa beyni üzərindəki təzyiq azalır və xəstə daha az ağrı hiss edir. 

Boyundakı ağrıların həyatınızı kabusa çevirməsinə icazə verməyin! -  MƏSLƏHƏTLƏR