Boğaz ağrısı üçün dadlı sorma konfetlər - Evdə hazırlayın

  • 2019.02.13 10:00
  • 19490 Baxış
Boğaz ağrısı üçün dadlı sorma konfetlər -  Evdə hazırlayın
 


Mövsümlə əlaqədar olaraq yayılan infeksion xəstəliklər müalicə edilməsinə baxmayaraq heç cür keçib getməyən öskürək bir çoxlarını narahat edir. Qıcıqlanma və qızartı verərək gündəlik həyatı çətinləşdirən öskürəkdən qurtulmağı təbii yolları da var.


Medicina.az sizə ev şəraitində hazırlana bilə boğaz ağrısı üçün nəzərdə tutulan sorma konfet reseptini təqdim edir: 

 

Lazım olan ərzaqlar:

 

1 stəkan şəkər tozu

 

Yarım stəkan  su

 

1 yemək qaşığı limon şirəsi 

 

1 yemək qaşığı təbii bal

 

1 çay qaşığı zəncəfil tozu

 

1 çay qaşığı əzilmiş mixək

 

Hazırlanması:

 

Sadalanan ərzaqların hamısını bir qaba töküb qazın üstünsə 15-20 dəqiqə birişin. Qaynayan kimi altını söndürüb soyudun. Soyuduqdan sonra bir qaba yağlı kağız sərərək üzərinə qaşıq vasitəsilə tökün və soyuağa qoyun. Soyuduqdan sonra çıxararaq üzərinə şəkər pudrası səpin.


Həm dadlı həm də faydalı konfetlər hazırdır. 


Arzu

Medicina.az