Bir xəstə uşağın xəyalını gerçəkləşdir!

  • 2018.12.11 16:27
  • 7142 Baxış
Bir xəstə uşağın xəyalını gerçəkləşdir!
Sputnik Azərbaycan Beynəlxalq İnformasiya Agentliyi və Radiosu Yeni İl ərəfəsində yenidən #YolkaXeyirxahlıqAğacı xeyriyyə aksiyasına start verib.

 

Medicina.az xəbər verir ki, dekabrın 11-də start götürən layihə çərçivəsində Bakıdakı Talassemiya Mərkəzində müalicə alan uşaqlar üçün hədiyyələrin toplanması təşkil ediləcək.


Aksiyanı keçirməkdə məqsəd xəstə uşaqların arzusunu yerinə yetirmək və onlara əsl Yeni İl bayramını hədiyyə etməkdir.

 

Елка доброты Sputnik

 


Bunun üçün #YolkaXeyirxahlıqAğacı layihəsi çərçivəsində 18 yaşadək olan uşaqlara Şaxta Babaya məktub yazmaq üçün xüsusi açıqca verilir. Talassemiya Mərkəzinin balaca pasientləri o açıqcaya Yeni İldə almaq istədikləri hədiyyələri yazırlar.


Sputnik Azərbaycan uşaqların arzularını aidiyyəti üzrə çatdırır və bütün xeyirxah insanları Şaxta Baba qismində bu aksiyada iştirak etməyə, ağır qan xəstəsi olan uşaqlara çoxdan gözlədikləri bayramın sevincini yaşatmağa dəvət edir.


Layihədə arzu edən hər kəs iştirak edə bilər, heç bir məhdudiyyət yoxdur.

 

Елка доброты Sputnik

 


Özünü əsl Şaxta baba kimi hiss etmək istəyənlərə ağır xəstə olan uşaqların arzusunu yerinə yetirmək kifayətdir. Bunun üçün "Gənclik Moll"dakı (Ganjlik Mall) "Əli və Nino" kitab mağasında quraşdırılmış #YolkaXeyirxahlıqAğacı layihəsinə məxsus Yeni İl yolkasındakı istənilən açıqcanı seçmək, onu doldurmaq və dekabrın 27-dək hədiyyəni Sputnik Azərbaycan-ın redaksiyasına (Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, 23 M, 4-cü mərtəbə) gətirmək, yaxud da elə "Əli və Nino" mağazasına qoymaq lazımdır.


#YolkaXeyirxahlıqAğacı aksiyası çərçivəsində toplanan hədiyyələr Yeni İl bayramı ərəfəsində Talassemiya Mərkəzində müalicə alan uşaqlara təqdim ediləcək.


#YolkaXeyirxahlıqAğacı haştağını sosial şəbəkələrdə paylaşaraq bu aksiyaya dəstək olmaq mümkündür!