- 1 manatlıq dərman dərdinizə əlac olacaqBir vaxtların məşhur “Vyetnam mazı”

  • 2018.11.22 12:54
  • 32045 Baxış
 - 1 manatlıq dərman dərdinizə əlac olacaq Bir vaxtların məşhur “Vyetnam mazı”
Vaxtilə nənə və analarımızın demək olar ki, əl altından uzağa qoymadıqları hamımıza tanış qırmızı qabı ilə məşhur olan, el arasında "Vyetnam mazı” adlandırılan balzam çox təəssüflər olsun ki, əvvəlki populyarlığını saxlaya bilməyib. 


Qeyd edək ki, indi də Vyetnamda xalq təbabəti ilə məşğul olan həkimlər balzamdan geniş istifadə edir və reseptlə xəstələrə təyin edirlər. Daha əvvəllər ölkəmizdə də geniş istifadə olunan bu balzamın keyfiyyətləri hələ də tam araşdırılmayıb.


Medicina.az saytı sizə "Vyetnam mazı” kimi tanınan balzamın bir sıra xüsusiyyətlərini açıqlayır:  


Maz xaricə istifadə üçün nəzərdə tutulur. Antiseptik və antibakterial və iltihabəleyhinə effekti sayəsində "Vyetnam mazı”nın istifadə spektri çox genişdir. 

 

Похожее изображение


-qripin proflaktikası və müalicəsi, soyuqdəymə (öskürək və burun axıntısı)

-dayaq-hərəkət sisteminin müalicəsi və profilaktikası

-radikulitin müalicəsi və profilaktikası

-əzələ ağrıları və bağların dartılması zamanı

-baş və miqren ağrıları

-diş ağrıları

-zədələr zamanı

-depressiya, ruh düşkünlüyü, halsızlıqda

-ayaqlarda olan quru döyənəklərin müalicəsində

-dabanda olan şişkinliklər

-sızanaqlarla müalicə

-bir sıra həşəratların dişləməsi zamanı

-dəniz xəstəliyi

 

Картинки по запросу вьетнамский мазь


Tamamilə təbii maddələrdən hazırlanmasına baxmayaraq "Vyetnam mazı”nın əks göstərişləri də mövcuddur. Əvvəlcə onu qeyd edək ki, 3 yaşından kiçik uşaqlara bu mazdan istifadə qəti qadağandır. Həmçinin də mazın tərkibində olan komponentlərə allergiyası olan insanlar mazdan istifadə etməsələr yaxşı olar. "Vyetnam mazı”nın uzun müddət istifadəsi zamanı da dəridə qızartı, həssaslıq yaranır. Bu maz yanıqlara səbəb olduğu üçün ona həddən artıq aludə olmaq məsləhət deyil.    


Arzu

Medicina.az