BölmələrRU
Xidmətlər
 

Bir stəkan sodalı su bir neçə dərmanı əvəz edir…

Araşdırmaçılar sodanın daha bir faydasını aşkar ediblər.

Medicina.az xəbər verir ki, araşdırmaya görə, soda bir stəkan su ilə içildiyi zaman iltihablanmadan və qazdan qoruyur. 

Bu həmçinin həzmsizlikdən daha tez xilas olmağınıza kömək edir.

Əksər qidalanma prosesi orqanizmdə asid istehsal edir ki, bu da vücudu fərqli xəstəliklərə qarşı daha həssas hala gətirir. 
Vücuddakı asid böyük ölçüdə sümük əriməsi, oynaq iltihabı, xərçəng xəstəliyinə səbəb ola bilər.
Asidliyi təsirsiz hala gətirmək üçün soda ən təbii dərmandır.

Sodanın başqa faydaları da mövcuddur.

Bir çox dişləri ağartma üsulları mövcuddur. Bunlardan bəziləri evdə tətbiq edilə bilər, bəziləri isə sadəcə diş həkimi tərəfindən tətbiq edilməlidir.
Ağartma prosedurundakı əsas məqsəd saralmış mayenin şəffaf maye ilə dəyişdirilməsidir. Sodanın sayəsində mina təbəqəsinin rəngi açılır, şəffaflaşır və əvvəlki ağlığını bərpa edir.

Ancaq bu proseduru çox etmək də düzgün deyil. Əks halda dişləriniz daha tez çürüyə bilər.
 
Şəhanə Quliyeva