BölmələrRU
Xidmətlər
 

Bir neçə vitaminin birləşdiyi vitamin kompleksləri və inyeksiyaları təhlükəlidir – XƏBƏRDARLIQ

Son zamanlar həkimlər arasında vitaminlərlə bağlı fikir ayrılıqları hökm sürür. Yeni nəsil həkimlər vitaminlərin qəbulunun mənasız olduğunu bildirir. Köhnə nəsil həkimlər isə bir sistemdə B qrup vitamini, C vitamini qatıb venadaxilinə təyin etməyə davam edirlər.
Hazırda apteklərdə B qrup vitaminlərin birlikdə yer aldığı hazır tabletlər və inyeksiyalar çox satılır.

Medicina.az  Azərbaycan Tibb Jurnalının baş redaktor müavini, saytımızın tibbi eksperti Fuad İslamzadədən bu barədə açıqlama alıb.  Məlum olub ki, hər rekıam olunan vitaminə, xüsusən bir neçə vitaminin bir prepatda olmasına inanmaq böyük səhvlərə səbəb ola bilər.
 


"Vitaminlərin ayrılıqda təsiri haqqında son zamanlar deyilən fikirlərin  çoxu ədalətsizdir. Hər bir vitaminin insan orqanizminə müsbət təsiri ola bilər. Amma ayrılıqda istifadə olunsa. Çoxlu vitamininin birgə, eyni vaxtda qəbulu, xüsusən apteklərdə satılan qarışıq vitamin inyeksiyalarının tətbiqi düzgün deyil. Kokarnit adlı preparatı buna missal göstərmək olar. Allergiyaya meyilli insanlarda bu dərman arzuolunmaz reaksiyalara səbəb ola bilər. 
Halbuki bu preparat reklam olunur, həkimlər də yazır. Tərkibinə daxil olan tək-tək vitaminlərin birlikdə qiyməti daha ucuz başa gəlir.”
 

Bəs niyə həkimlər bu incəlikləri nəzərə almır sualına ekspertimiz belə cavab verdi:

"Həkimlər çox zaman dərman haqqında mətbuatda, infomasiya mənbələrində və preparatın təlimatında verilən məlumata inanırlar. Sonra mənfi təsir olduqda, günahı həkimin ayağına yazırlar. 

İndi bəyənilməyən Sovet təbabəti B 2 və B12 vitaminlərinin həm birlikdə, həm də digər qrup vitaminlərlə qarışdırılıb inyeksiya edilməsini haqlı olaraq qadağan etmişdi. İndi isə dərman firmaları belə qarışıq vitaminləri xarici ölkələrdən gətirib, aptek şəbəkəsində maya dəyərindən qat-qat baha qiymətə satdırırlar. 

Dərman sahəsində bəşəriyyətin ən böyük faciəsi ötən əsrin 60-cı illərində Qərbi Almaniyanın dərman sənayesinin günahı nəticəsində baş verib. Bu barədə çox araşdırmalar aparılıb. 


Bu gün kütləvi informasiya vasitələrində reklam olunan antifunqal – göbələk əleyhinə preparatların da əksəriyyətinin zərəri xeyrindən çoxdur. 
Yerində işlədildikdə hər bir vitaminin faydası ola bilər. Amma lazımsız yerə və həddindən artıq istifadə də zərərlidir. Bundan əlavə bəzi vitaminlər arasında antaqonistlik vardır və onların birgə istifadəsi məqsədəuyğun deyil”.


Oxucularımızı vitamin qəbulunda, xüsusən uşaqlara bir neçə vitaminin bir tabletdə birləşdiyi iri bankalarda satılan prepatları verməkdə ehtiyatlı olmağa çağırırıq. Özbaşına aptekdən vitamin qarışığı almayın.

AYGÜN MUSAYEVA